Modern.az

Bakı-İstanbul aviareysində problem yaranıb

Bakı-İstanbul aviareysində problem yaranıb

23 Yanvar 2018, 23:29

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün saat 17:35-də həyata keçirdiyi Bakı-İstanbul aviareysində texniki problem yaranıb. Modern.az xəbər verir ki, AZAL-a  məxsus təyyarə "Atatürk" Hava Limanında eniş etmədən geriyə, Bakıya qayıdıb.

AZAL-ın Mətbuat Xidmətinin rəhbəri  Paşa Kəsəmənski APA-ya bildirib ki, texniki səbəblə əlaqədar olaraq Bakıdan İstanbula uçan təyyarə Heydər Əliyev hava limanına qayıtmaq məcburiyyətində qalıb.   

“Burada ciddi bir problem olmayıb. Sadəcə kapitan hər ehtimala qarşı geri qayıtmaq qərarına gəlib. Təyyarədə yanacaq çox olub. Buna görə də təyyarə müəyyən müddət uçmalı olub. Təyyarə Bakıya geri qayıtdıqdan sonra AZAL-a məxsus növbəti reys ilə sərnişinlər İstanbula yola salınıb”, - deyə P.Kəsəmənski vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır