Modern.az

Putinlə Ərdoğan "Zeytun budağı"nı müzakirə etdilər

Putinlə Ərdoğan "Zeytun budağı"nı müzakirə etdilər

24 Yanvar 2018, 08:46

Rusiya və Türkiyə prezidenti Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, prezidentlər Suriyadakı və Türkiyənin "Zeytun budağı" əməliyyatı apardığı Afrin bölgəsindəki vəziyyəti müzakirə ediblər.

 

Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir: "Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı olub.

 

Liderlər Suriyadakı, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin hərbi əməliyyatlar apardığı Afrin rayonundakı vəziyyətlə bağlı bağlı fikir mübadiləsi aparıblar. Hər iki tərəfdən böhranın Suriyanın suverenliyinə hörmət və ərazi bütövlüyünün qorunması prinsiplərinə əsaslanan həlli üçün birgə fəal işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir