Modern.az

Makrondan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ: “Qarşılıqlı güzəşt olsun”

Makrondan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ: “Qarşılıqlı güzəşt olsun”

24 Yanvar 2018, 09:09

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq son dərəcə əhəmiyyətlidir”. Modern.az saytının xarici KİV-ə istinadən məlumatına görə, bu haqda Fransa prezidenti Emmanuel Makron ermənistanlı həmkarı Serj Sarkisyanla görüşdən sonra jurnalistlərə bildirib.

 

Makron bildirib ki, Fransa ATƏT-in Minsk Qrupunun digər həmsədrləri olan Rusiya və Amerika ilə birlikdə Qarabağ münaqişəsinin nizama salınmasına kömək etməyə hazırdır.  

 

“Fransa özünün qərəzsiz vasitəçilik missiyasına sadiqdir. Biz Rusiya və Amerika ilə birlikdə Qarabağ münaqişəsinin nizama salınmasına yardımçı olmaq üçün istənilən təşəbbüslə çıxış etməyə hazırıq”-deyə Fransa lideri bildirib.

Həmçinin qeyd edib ki, Azərbaycan və Ermənistan da qarşılıqlı güzəştlərin təzahürü olmalıdır.

 

Makron söyləyib ki ki, sülh prosesi mürəkkəb olsa da, tərəflər arasında keçirilən görüşlərin konkret nəticələrə gətirib çıxaracağına ümid edir.

 

O həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşünün, xarici işlər nazirlərininin Karakovdakı danışıqlarının əhəmiyyətli olduğunu vurğulayıb. 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir