Modern.az

ATƏT Minsk Qrupunu “xalq diplomatiyası” yürütməyə çağırıb

ATƏT Minsk Qrupunu “xalq diplomatiyası” yürütməyə çağırıb

Təhsil

13 İyul 2011, 16:25

ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalis Minsk Qrupunun həmsdərləri ilə görüşüb. Modern.az ATƏT-in rəsmi saytına istinadən bildirir ki, görüş zamanı Ajubalis Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində səylərini yüksək qiymətləndirib.  ATƏT sədri tərəflər arasında etimadın möhkəmləndirilməsi üçün vətəndaş cəmiyyətinin prosesə daha çox daxil edilməsinə çağırıb. “Bu münaqişənin həll olunması üçün böyük töhfə verəcək”-deyə Ajubalis bildirib.
Öz növbəsində vasitəçilər Kazan görüşünün nəticələri barədə ATƏT sədrini məlumatlandırıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!