Modern.az

“Apreldə doğan ümid” adlı film hazırlandı - VİDEO

“Apreldə doğan ümid” adlı film hazırlandı - VİDEO

24 Yanvar 2018, 10:28

Dünyanın diqqət mərkəzində olmuş qanlı aprel döyüşlərindən bəhs edən “Apreldə doğan ümid” adlı sənədli film hazırlanıb.

 

2016-cı ilin aprel ayında baş vermiş döyüş əməliyyatları barədə animasiya qrafikasının da istifadə edildiyi sənədli filmdə cəbhə bölgəsində yaşayan canlı şahid olmaqla bərabər həm də yaralanan dinc sakinlərdən müsahibələr götürülüb. Daha sonra həmin məqamda cəbhə bölgəsində peşə fəaliyyəti ilə məşğul olan jurnalistlərin açıqlamaları yer alır.

Filmdə 3D qrafikalı animasiya vasitəsilə müxtəlif döyüş səhnələri yığılaraq bərpa edilib. YouTube.com portalında və digər resurslarda aprel döyüşləri barədə olan videokadrlardan və digər materiallardan istifadə edilib.

 

“Apreldə doğan ümid” adlı sənədli filmin hazırlanmasında əsas məqsəd dünya ictimaiyyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri yaymaqdan ibarətdir. Filmin rejissoru Elşən Rüstəmov, prodüseri Kamil Həmidovdur. 

 

Bu sənədli film  Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə “Addım” GİM İctimai Birliyinin həyata keçirdiyi “Apreldə doğan ümid” adlı layihə çərçivəsində hazırlanıb. “Addım” Gənclərin İnkişaf  Mərkəzi İ.B. çarxın hazırlanıb ərsəyə gəlməsində köməklik edən hər kəsə  minnətdarlığını bildirir. 

  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı