Modern.az

Ali Baş Komandan tapşırıq verdi - Fuad Ələsgərov ön cəbhəyə getdi - FOTOLAR

Ali Baş Komandan tapşırıq verdi - Fuad Ələsgərov ön cəbhəyə getdi - FOTOLAR

24 Yanvar 2018, 10:52

Cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyət yoxlanılıb.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

 

Səfər zamanı qoşunların döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin xidməti və sosial-məişət şəraiti yoxlanılıb, eləcə də hərbi qulluqçularla söhbətlər aparılıb, birgə nahar təşkil olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi