Modern.az

Cəfər Cabbarlının yaradıcılığında ERMƏNİ MƏSƏLƏSİ

Cəfər Cabbarlının yaradıcılığında ERMƏNİ MƏSƏLƏSİ

24 Yanvar 2018, 10:58

“1905-ci ildə” pyesində şəxs adları nə deyir?..


“1905-ci ildə” pyesində iştirak edən ermənilər bunlardır: Ağamyan (erməni kapitalisti, mədən sahibi), Haykaz (Ağamyanın oğlu, zabit məktəbinin tələbəsi), Allahverdi Əsriyan (Qarabağ kəndlisi), Nabat (Allahverdi Əsriyanın arvadı), Eyvaz (Allahverdi Əsriyanın, Nabatın oğlu, inqilabçı-işçi), Sona (Allahverdi Əsriyanın, Nabatın qızı), İsak (işçi), Arşak (işçi), Aram (işçi), Karapet. Ancaq bu adların içərisində azərbaycanlı adlarının ermənilərə qoyulması sual doğurmaya bilmir. Axı necə olur ki, ermənilər özlərinə Allahverdi, Nabat, Eyvaz, Sona adlarını verirlər? Səbəb aydındır, Azərbaycan xalqının içərisinə girir, onun yaratdığı dəyərləri mənimsəyir, hətta adlarımızı da oğurlayırlar. Ermənilər bu işi o qədər ustalıqla həyata keçirirlər ki, hansısa azərbaycanlının bu işə irad tutmasına, narahat olmasına yer saxlamırlar. İş o yerə çatır ki, Qarabağın yaşıl bir yamacında kiçicik bir kənddə yaşayan azərbaycanlı və erməni ailələrinin toyuqları bir-birinin hinində yumurtlayır. Qarabağ kəndlisi və azərbaycanlı İmamverdinin arvadı Gülsün Qarabağ kəndisi və erməni Allahverdinin arvadı Nabata deyir: “Ay Nabat bacı! Ay Nabat bacı! Bu yiyəsi ölmüş çil toyuq iki gündür yenə də fal aparır. Heç bilmirəm hara baş götürüb gedir, deyirəm, bəlkə, sizin hinə gəldi”. Nabat isə “Hinə bax, ay Gülsün bacı, dünən hindən iki dənə qərib yumurta tapmışam” söyləyir. Görün ki, ermənilər azərbaycanlılarla qonşuluq münasibətində ürəyimizin təmizliyindən necə istifadə ediblər. Hətta erməni arvadı Nabatla, azərbaycanlı arvadı Gülsün arasındakı adi bir məişət söhbətinə fikir verək:


“Nabat. Ala, bunları da apar, dünən axşam əyirmişəm.

Gülsün. Nə xəbər, qaçhaqaç deyil ki, mənim hələ əyrilmiş  yunum var.

Nabat. Sən allah, ay Gülsün bacı, mallar gələndə sən onları bir az yemlə, mən Eyvazı yola salım.

Gülsün. Dana gəlib, yemləmişəm, o biriləri də farağat elərəm. Sən arxayın ol, işini gör”.


Bu qədər yaxınlıqdan ermənilər məqsədli şəkildə istifadə ediblər. Bu qədər yaxınlıqdan istifadə edərək ürəyi təmiz azərbaycanlıların adlarını da özlərinə qoyublar. Heç utanmadan, çəkinmədən Allahverdi, Nabat, Eyvaz, Sona adlarını daşıyıblar. Qonşuluq münasibətində azərbaycanlıları o qədər ələ alıblar ki, o qədər “səmimiyyət” göstəriblər ki, onlara inanmamaq heç kəsin ağlına gəlməyibdir. “1905-ci ildə” əsərindəki aşağıdakı məqamlar qonşuluq münasibətində ermənilərin azərbaycanlıları ələ aldıqlarını, onları ovsunladıqlarını, azərbaycanlıların inamını qazanmaq bacarığına malik olduqlarını təsdiq edir:


“Gülsün. Kişi, nə vurmuşsan özünü yerə. Dur bir az odun yar, təndir salacağam.

İmamverdi. Arvad, heç o boyda zarafat yoxdur. O Əlinin qəzəb oğlu Əbülfəzabbas haqqı, boynuma kəndir də salsalar, əlimi ağdan qaraya vuran deyiləm. Səhərdən qapıları ayaqdan salmışam. Nabat bacı, sənin axı hərdənbir yaxşı çayın olur.

Gülsün. A kişi, dur ayağa odun yar, Eyvaz yola düşür. Təndir salacağam.

Allahverdi. Gülsün bacı, gedək mən yarım, bu tənbəl oğlu tənbəl, ayağa duran deyil.

İmamverdi. Eyvaz indi gedir? Bəs sən dedin Eyvaz üçün cücə kəsəcəyəm?

Gülsün. Sən bir ayağa dur, kəsmişəm. Nabat bacı, uşağı evimizdə yatırmışam, dursa, sən allah, bir az süd verərsən. Hə, düş qabağıma!

İmamverdi. Canım, Allahverdi gedir də.

Allahverdi. Gülsün bacı, balta hanı, mən gedim yarım.

Gülsün. Baltamız Haykanuşgildədir. Bu saat gətirərəm”.


Bu söhbətlərdə erməni Allahverdinin azərbaycanlı İmamverdinin yerinə odun yarmaq istəyində olması, azərbaycanlı Gülsünün erməni Eyvaz üçün cücə kəsməsi, İmamverdigilin baltasının erməni Haykanuşgildə olması və s. erməni və azərbaycanlı ailələrinin bir-birinə nə qədər yaxın olduğunu göstərir. Elə bu yaxınlığın nəticəsidir ki, ermənilər azərbaycanlı adlarını daşıyırlar. Onlar burada da azərbaycanlılara olan yaxınlıqdan məqsədli şəkildə istifadə edirlər. Yaxınlıq o yerə çatır ki, erməni qızı Sona atası ilə İmamverdinin bir-birinə oxşadığını söyləyir. O deyir: “Bilirsən, Eyvaz, biz göbələk yığmağa getmişdik. Bir göbələk tapmışıq. Hanı, nə oldu o? Budur, Baxşı deyir: bu erməni papağına oxşayır. Bax, budur, bu atamın papağı, bu da İmamverdi dayının papağı, bax gör nə təfavütü var?! Bu onun saqqalı, bu da bunun saqqalı, bu onun üzü, bu da bunun üzü. Doğrudan mən heç fikir verməmişdim, atam ilə İmamverdi dayı necə də bir-birinə oxşayırlar! Hə... hə... (hər ikisini öpür)”. Bax, bu, erməni qızı Sonanın hamını fakt qarşısında qoymaq bacarığıdır. Bunu heç zaman azərbaycanlı qızı bacarmaz və belə bir hərəkətdə də olmağa bulunmaz. Ancaq erməni qızı Sona yuxarıda söylədiyi fikrə qardaşı Eyvazı da, İmamverdinin oğlu Baxşını da tabe edir. Hərəkətləri, ədaları, jestləri, ən başlıcası isə digərlərini öpməsi ilə. O, Baxşını da öpmək istəyir, ancaq yarıda dayanır. Erməni qızı Sona öz istəyini təsdiq etmək üçün, öz istəyinə başqalarını tabe etmək üçün hər kəsi öpməyə hazırdır. Axı, bunu da azərbaycanlı qızı bacarmır və bacarmaz. Ermənilər və erməni qızı belə işləri yaxşı bacarırlar. Hamını öz öpüşlərinə qərq edərək ələ alırlar. Bu baxımdan pyesdəki bəzi parçalara diqqət edək:


“Baxşı. Yaxşı, atam, mən təslim də.

Eyvaz. Bəs mən?

Sona. Bu da sən (anasını və Gülsün bacını öpərək), bu da sən, bu da sən, bu da... (Baxşıya tərəf gedib öpmək istəyir, yarıda dayanır).

Eyvaz. Hə, nə oldu, qorxdun? Öp də, hə, görünür, onu bizim hamımızdan çox istəyirsən?”


Görün ki, Eyvaz öz bacısı Sonanın başqalarını öpməsinə qısqanmır, Sonanın hər kəsi öpməsinə bir söz demir, hətta Sonanın Baxşıya tərəf gedib onu öpmək istəməsinə nəinki biganə qalır, həm də deyir: “Hə, nə oldu, qorxdun? Öp də, hə, görünür, onu bizim hamımızdan çox istəyirsən?” Bax belə-belə işlər ermənilərə elə bir meydan yaradıbdır ki, onlar azərbaycanlıların yaratdığı dəyərləri mənimsəsinlər, o cümlədən adlarımızı öz övladlarının adlarına versinlər. Bir daha qeyd edək ki, erməni qızlarının bacardıqlarını azərbaycanlı qızlar yatsa, heç yuxularına da girməz. Hansı azərbaycanlı qızı erməni qızının etdiyini edər? Heç biri. Gəlin “1905-ci ildə” əsərindən başqa bir bədii parçaya diqqət edək:


“İmamverdi. Ağız, vələdəlcümcüm, o nədir tolazlamışsan selbəni, gedib dəyib Haykanuşun danasının gözünə? O da gəlmişdi. Allahverdi kişinin üstünə davaya. İtdən ötürüm getdi.

Sona. Canı çıxsın buraxmasın danasını evimizin yanına. Baxşı üçün qərənfil şitili əkmişəm, gəlib hamısını yeyib”.


Erməni qızı Sonanınn selbəni öz ermənisi Haykanuşun danasının gözünə vurması, Baxşı üçün qərənfil şitilini əkməsi bir tərəfdən bir türk külfəti ilə bir erməni külfətinin birlikdə mehriban yaşamasıdırsa, digər tərəfdən hər iki külfətin öz ampulasında olmasıdır. Erməni külfətinin ampulasında yalnız və yalnız ermənilər ola bilər. Qoca Baxşının bu dedikləri öz yerində: “Onlar qonşu idilər. İki külfət: biri türk idi, biri erməni, lakin onların yaşayışı bir idi, işləri bir, görüşləri bir, dərdləri bir, sevincləri bir, diləkləri bir, əməkləri bir idi. Uşaqları bir evdə böyüyür, malları bir yerdə otlayırdı, toyuqları bir hində yumurtlayırdı...” Ancaq erməni külfəti ilə türk külfətinin ampulası bütün məqamlarda bir-birindən fərqlidir. Türk külfətinin ampulası belədir ki, o erməninin dəyərlərini mənimsəyib özününkü etmir, özünün nəyi varsa, onu da yaşadır, öz ampulasında erməni külfəti ilə davranır.


Türklər və ermənilər bir yerdə çalıb-oynayırlar...


Qarabağda Baxşıgilin kəndində toydur. Toyda türklər və ermənilər bir yerdə çalıb-oynayırlar... Oxunan mahnının, oynanılan rəqs havalarının ermənilərə heç bir aidiyyatı yoxdur, onların hamısı türklərə məxsusdur. Ancaq ermənilər oxunan mahnılara, oynanılan rəqs havalarına özlərininki kimi baxırlar. Ona görə ki, ermənilər gözlərini açandan türk mahnılarını dinləyib, türk rəqs havalarına oynayıblar. Hansı türk mahnısını dinləyib və oxuyublarsa, hansı türk rəqslərini oynayıblarsa, elə biliblər ki, onlarındır, onlara məxsusdur.


Atalar yaxşı deyibdir ki, “Aşıq gördüyünü çağırar”. Ermənilər də gördüklərini çağırıblar. Ermənilərin gördükləri canlarına, qanlarına elə işləyibdir ki, bu bədbəxt uşaqları türk mahnısını da, türk rəqsini də öz adlarına çıxmaqdan nə çəkiniblər, nə də utanıblar. Bunların hamısı öz yerində. Yenə də qayıdaq “1905-ci ildə” əsərində Qarabağda Baxşıgilin kəndində olan toya. Toyda türklər və ermənilər bir yerdə çalıb-oynayırlar. Oxunan mahnı türk (azərbaycanlı) mahnısıdır:

Tut ağacı boyunca,

Tut yemədim doyunca.

Yarı xəlvət görmədim,

Danışmadım doyunca.

Yaxud:

Araz üstə, buz üstə,

Kabab yanar köz üstə.

Qoy məni öldürsünlər

Bir alagöz qız üstə.

Görün işin harasıdır ki, bu mahnının “Ay kəmərim, kəmərim” hissəsini də ermənilər hamı ilə birgə oxuyurlar. Yeri gəlmişkən əsərdə, lap başlanğıcda erməni qızı Sona çox tutqun halda çamadanının üstündə oturmuşdur və düşünür. İçəridə, otaqda isə kimsə “Sarı gəlin” mahnısını oxuyur:

Saçın ucun hörməzlər,

Neynim aman, aman, neynim aman, aman, sarı gəlin?

Səni mənə verməzlər.

Neynim aman, aman, sarı gəlin!

Sarı gəlin, aman, sarı gəlin, boy-boy, sarı gəlin!

Gəl-gəl səni alım...

Axı bu ermənilər dünyaya gəldikləri gündən türk (azərbaycanlı) mahnıları dinləmiş, bu mahnıların ovsunu altında milli kimliklərini, milli mənliklərini unudaraq sevdikləri hər bir şeyə yiyə, sahib olmaq istəmişlər. Ermənilər indi də türk (azərbaycanlı) mahnılarına sevə-sevə qulaq asırlar, hələ lazım gələndə utanmadan onları öz mahnıları kimi qələmə verməyə çalışırlar.

“1905-ci ildə” əsərində erməni də (Aram, Allahverdi) “Qaytağı” havasına oynayırlar. Usta Sumbat türk (azərbaycanlı) mahnıları çalır. Axı onların bildikləri də budur. Başqa heç nə bilmirlər. Hətta erməni qızı Sona deyir ki, Baxşı çalsın, o oynasın. Baxşı çalır, bir nəfər oxuyur, Sona və digərləri oynayırlar. Yenə də türk (azərbaycanlı) mahnısına:

Oxuyan

Azad bir quşdum,

Yuvamdan uçdum,

Bir bağa düşdüm

Bu gənc yaşımda.

Hamı

Bir bağa düşdüm

Bu gənc yaşımda.

Oxuyan

Bir ovçu gördü,

Köksümdən vurdu,

Torpağa düşdüm

Bu gənc yaşımda.

Hamı

Torpağa düşdüm

Bu gənc yaşımda.

Bu mahnıya oynamaq üçün ermənilər yarışa girirlər. Sona “Mən oynamaq istəmirəm, mən yorulmuşam” deyəndə erməni Haykaz onu təhqir edir və deyir: “Oyna, deyirəm sənə, köpək oğlunun qızı”. Ermənilər türk (azərbaycan) mahnılarına və musiqisinə oynamaq naminə bir-birini təhqir edir, alçaldır, bir daha millət kimi hansı xislətin sahibi olduqlarını gizlədə bilmirlər. Haykazla Aram arasındakı toqquşmanın özü də ermənilərin xislətinə aydınlıq gətirir. Belə ki, Haykaz erməni qızı Sonanın yorulmasına baxmayaraq, oynamasını istəyir, ancaq Aram isə onun bu təkidinin qarşısını alır. Belə bir vəziyyətdə Haykazla Aram arasında ziddiyyət yaranır. Əsərdəki bədii parçaya diqqət edək:

“Haykaz. Çəkil, deyirəm sənə. Mən əfsərəm, əfsərin sözünün üstündən söz ola bilməz.

Aram. Adə, nə havalanmışsan? Cəhənnəmə ki, əfsərsən. Əfsər olmaq üçün hələ gərək qızın əlini sındırasan?

Haykaz. Sındıraram, gözünü də çıxararam.

Aram. Qızın əlini burax, deyirəm sənə, köpək oğlu. Gözünü də çıxararam, bəbəyini də.

Haykaz. Mənim gözümü, əfsər Ağamyanın gözünü? Köpək oğlanları, al! (Arama bir şillə vurur). Yaxşıdır?

...

Haykaz. Mən əfsərəm, adamın atasını da yandıraram. Mənim hər şeyə ixtiyarım var.

Aram. Kimin, adə... dedim daha şuluqluq olmasın, indi ki, belə oldu, al! (Onu şillə ilə vurur)

Haykaz. Məni... Əfsər Ağamyanı. Əfsərin təhqir ləkəsini ancaq qan yuyar (Tapança çəkmək istəyir, Baxşı onu möhkəm tutur).

...

Haykaz. Mənim əl-ayağımı? Mən Bakıdan gəlmişəm. Adamın atasını yandıraram. Burax məni, köpək oğlu!

Aram. Xox, Bakıdan gəlmişəm. Bakıdan gəlmək üçün qorxaq səndən?”


Sonra bu qalmaqal yerinə Qarabağ uryadniki – köməkçisi gəlir. Haykaz Aramı, hətta Baxşını göstərir. Onları damlatmaq istəyir. Bu da toyda erməninin yaratdığı bir iş. Erməni xislətinin bir görünüşü. Onların həmişə qalmaqal yaratmağa maraqlı olmaları. Deməli, əsərdəki bu məqamlar da təsdiq edir ki, ermənilər heç zaman axıra qədər bir yolun yolçusu olmurlar. Ona görə də bir toy məclisinin axırını belə qurtarırlar.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?