Modern.az

Azərbaycanlı jurnalisti Rusiyada maşın vurub öldürdü

Azərbaycanlı jurnalisti Rusiyada maşın vurub öldürdü

Allah rəhmət eləsi̇n

24 Yanvar 2018, 11:07

Azərbaycanlı jurnalist Ülviyyə Şamilqızını (Məmmədova) Rusiyanın Həştərxan şəhərində avtomobil vuraraq öldürüb. 

 

Modern.az xəbər verir ki, yaxınlarının “Report”a bildirdiyinə görə, mərhumun meyiti hazırda tibbi-ekspertiza məntəqəsindədir. Ü.Şamilqızının cənazəsi doğulduğu Gəncə şəhərinə aparılaraq, orada dəfn olunacaq.

 

Qeyd edək ki, uzun müddət Azərbaycan mətbuatında fəaliyyət göstərmiş Ülviyyə Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən “Xalq Cəbhəsi” qəzetində, “Report” İnformasiya Agentliyində çalışıb.

O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.

 

Allah rəhmət eləsin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!