25 fevral 2018, Bazar
Ana Səhifə - GÜNDƏM - Ramil Usubovdan yol polislərinə XƏBƏRDARLIQ: “..ciddi ölçülər götürüləcək”  
Ramil Usubovdan yol polislərinə XƏBƏRDARLIQ: “..ciddi ölçülər götürüləcək”   +
24.01.2018, 11:29

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Modern.az-ın məlumatına görə, müşavirədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib.

Baş idarənin rəisi, polis general-mayoru Ramiz Zeynalov görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.

Baş idarə rəisi əldə olunan müsbət nəticələrlə yanaşı, xidməti fəaliyyətdə bəzi nöqsan və çatışmazlıqların da mövcudluğunu etiraf edib, onların üzərində ətraflı dayanıb.


Məruzə ətrafında çıxış edənlər görülmüş işlərdən, yol verilmiş nöqsanlardan və onların aradan qaldırılması üçün  qarşıda duran vəzifələrdən danışıblar.


Müşavirəyə yekun vuran daxili işlər naziri R.Usubov DYP xidmətinin ötənilki fəaliyyətinin nəticələrini yüksək qiymətləndirib, qarşıda çox mühüm vəzifələrin durduğunu bildirib, onların həlli üçün konkret tapşırıq və tövsiyələrini verib, hər bir əməkdaşın vəzifə borcunun öz xidməti funksiyalarını layiqincə yerinə yetirmək, fəaliyyətin bütün sahələrində işlərin uğurlu getməsi üçün peşəkarlığın ən vacib amil olduğunu xatırladıb, eyni zamanda, əldə edilmiş müsbət nəticələrdən arxayınlaşmamağı, daha məsuliyyətlə xidmət aparılmasını tələb edib.


Ramil Usubov müasir dövrdə qanunvericilik aktlarının çox dinamik olduğunu,  yeni ictimai münasibətlərin tənzimlənməsi baxımından vaxtaşırı dəyişikliyə məruz qaldığını xatırladaraq, onların dərindən öyrənilməsinin, praktikada düzgün tətbiq etməyin vacibliyini və zəruri hallarda vətəndaşlara izah etmək bacarığının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.


O, qeyd edib ki, əməkdaşlar hərəkət iştirakçıları ilə ünsiyyətdə etik davranış qaydalarına daim ciddi riayət etməli, sürücülərə törətdikləri inzibati xətanın yarada biləcəyi mənfi nəticələr izah olunmalı, onlarla lüzumsuz dialoq aparılmasına, kobudluğa və mübahisə yarada biləcək digər hallara yol verilməməlidir.


Bu sahədə ciddi dönüş yaradılmasının vacibliyini diqqətə çatdıran daxili işlər naziri 2018-ci ili yol-patrul xidmətinin əməkdaşları üçün “Etik-davranış ili” elan etdiyini bildirib, vətəndaşlarla ünsiyyətdə kobudluq göstərən, sürücüyə özünü təqdim etməyən, törətdiyi qayda pozuntusu barədə ona izah verməyən, yaxud bunu bacarmayan əməkdaşlar barəsində ciddi ölçülər götürüləcəyini vurğulayıb. Nazir yol hərəkətinin iştirakçıları, o cümlədən sürücülər arasında cəmiyyətdəki mövqeyinə, tutduğu vəzifəyə, peşəsinə görə özünü qanundan üstün tutan, törətdiyi qayda pozuntusuna rəğmən imtiyaz tələb edən şəxslərin mövcudluğunu təəssüflə xatırladaraq, belələrinə münasibətdə qanunla müəyyən edilmiş qaydada qəti tədbirlərin  görülməsini də tələb edib. O, başlıca vəzifənin hərəkət iştirakçılarını cəzalandırmaq deyil, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini təmin etmək, onu kobudcasına pozanların, özünün və başqalarının həyatına təhlükə yaradanların qarşısını almaq olduğunu bildirib. Nazir yol hərəkətinin bütün iştirakçılarına müraciət edərək onları qaydalara ciddi riayət etməyə, bununla da həyat və sağlamlıqlarını qorumağa çağırıb.


Xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən hər cür şərait yaradıldığını, şəxsi heyətin dövlətin qayğısı ilə əhatə olunduğunu nəzərə çatdıran daxili işlər naziri ölkə başçısının bu ali diqqətinə və etimadına cavab olaraq hər bir əməkdaşın üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə, xidmətdə və xidmətdənkənar vaxtlarda başqalarına nümunə göstərəcəyinə əmin olduğunu bildirib.


Müşavirənin sonunda ötən il xidməti vəzifələrin icrasında fərqlənmiş bir qrup yol polisi əməkdaşının təltif olunması barədə daxili işlər nazirinin müvafiq əmrləri elan olunub və general-polkovnik Ramil Usubov mükafatları sahiblərinə təqdim edib.  


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Gəncə sakini qohumu tərəfindən bıçaqlanıb
25.02.2018, 00:49

Gəncə sakini qohumu tərəfindən bıçaqlanıb

Prezident onu təhqir edənlərlə söhbət etdi
25.02.2018, 00:27

Prezident onu təhqir edənlərlə söhbət etdi

Afrində əməliyyat bir aylıq dayandırılır
25.02.2018, 00:11

Afrində əməliyyat bir aylıq dayandırılır

Mixail Saakaşvili Ukraynaya qayıtmağa hazırdır
24.02.2018, 23:49

Mixail Saakaşvili Ukraynaya qayıtmağa hazırdır

Nazirlər Xocalı şahidini ayaq üstə dinlədi
24.02.2018, 23:34

Nazirlər Xocalı şahidini ayaq üstə dinlədi

Yəməndə terror aktı: 6 ölü
24.02.2018, 23:16

Yəməndə terror aktı: 6 ölü

Bölgələrdə diri heyvan ucuzlaşdı
24.02.2018, 22:58

Bölgələrdə diri heyvan ucuzlaşdı

45 yaşlı kişi özünü 14-cü mərtəbədən ataraq intihar etdi
24.02.2018, 22:44

45 yaşlı kişi özünü 14-cü mərtəbədən ataraq intihar etdi

Fərqli rəngli gözlərə sahib 6 yaşlı qız - Video
24.02.2018, 22:31

Fərqli rəngli gözlərə sahib 6 yaşlı qız - Video

Anasını bıçaqlayan oğul saxlanıldı - Yenilənib
24.02.2018, 22:24

Anasını bıçaqlayan oğul saxlanıldı - Yenilənib

“Milli dəyərlərimizə sel kimi basqı var” - Yaqub Mahmudov
24.02.2018, 22:09

“Milli dəyərlərimizə sel kimi basqı var” - Yaqub Mahmudov

Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin edəcək
24.02.2018, 21:39

Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin edəcək

Azərbaycan cüdoçusu “Böyük dəbilqə”dən gümüş medal aldı
24.02.2018, 21:27

Azərbaycan cüdoçusu “Böyük dəbilqə”dən gümüş medal aldı

Şirvanda silahlı insident
24.02.2018, 21:14

Şirvanda silahlı insident

“İndiki məqamda "Qarabağ” "Qəbələ”dən güclüdür” – Roman Qriqorçuk
24.02.2018, 20:59

“İndiki məqamda "Qarabağ” "Qəbələ”dən güclüdür” – Roman Qriqorçuk

Somalidə partlayış qurbanlarının sayı 38-ə çatdı
24.02.2018, 20:46

Somalidə partlayış qurbanlarının sayı 38-ə çatdı

Ermənilər Ukraynada Xocalı ilə bağlı tədbirə mane olmaq istədi - Video
24.02.2018, 20:33

Ermənilər Ukraynada Xocalı ilə bağlı tədbirə mane olmaq istədi - Video

Bərdədə qatar yük maşını ilə toqquşdu - Video
24.02.2018, 20:13

Bərdədə qatar yük maşını ilə toqquşdu - Video

Prezident doktorant və tələbələrin təqaüdünü artırdı
24.02.2018, 20:01

Prezident doktorant və tələbələrin təqaüdünü artırdı

Nazirlik hərbi hissələrdə tədbir keçirdi
24.02.2018, 19:43

Nazirlik hərbi hissələrdə tədbir keçirdi

Prezident təhsil infrastrukturunun inkişafı ilə əlaqədar sərəncam imzaladı
24.02.2018, 18:51

Prezident təhsil infrastrukturunun inkişafı ilə əlaqədar sərəncam imzaladı

Arıqlamaq istədi, həyatını itirdi
24.02.2018, 17:49

Arıqlamaq istədi, həyatını itirdi

Bakıda liftdə köməksiz qalmış 3 nəfər xilas edilib
24.02.2018, 17:39

Bakıda liftdə köməksiz qalmış 3 nəfər xilas edilib

Trampın məsləhətçisi ruslarla işbirliyini etiraf etdi
24.02.2018, 17:31

Trampın məsləhətçisi ruslarla işbirliyini etiraf etdi

Bakıda mənzildən kişi meyiti tapılıb
24.02.2018, 17:22

Bakıda mənzildən kişi meyiti tapılıb

24.02.2018, 17:16

"Qarabağın səsi" adlı rəsm əsərlərinin sərgisi keçirilib

Bakıda ABŞ Senatının modeli – “Nüvə təhdidi: Şimali Koreya” mövzusunda SİMULYASİYA
24.02.2018, 17:14

Bakıda ABŞ Senatının modeli – “Nüvə təhdidi: Şimali Koreya” mövzusunda SİMULYASİYA

Prezidentliyə namizədliyi irəli sürülən 15 nəfər - SİYAHI
24.02.2018, 17:10

Prezidentliyə namizədliyi irəli sürülən 15 nəfər - SİYAHI

Gəncədə top mərmisi tapıldı
24.02.2018, 17:03

Gəncədə top mərmisi tapıldı

Ağdamda dərisi soyulmuş at cəmdəyi aşkarlanıb - FOTO
24.02.2018, 16:57

Ağdamda dərisi soyulmuş at cəmdəyi aşkarlanıb - FOTO

MSK 51 müşahidəçini qeydiyyata alıb
24.02.2018, 16:45

MSK 51 müşahidəçini qeydiyyata alıb

Ukrayna Saakaşvilinin sığındığı ölkəyə müraciət etdi
24.02.2018, 16:41

Ukrayna Saakaşvilinin sığındığı ölkəyə müraciət etdi

Daha 2 nəfərin prezidentliyə namizədliyinin irəli sürüldüyü təsdiqləndi - ADLAR
24.02.2018, 16:23

Daha 2 nəfərin prezidentliyə namizədliyinin irəli sürüldüyü təsdiqləndi - ADLAR

“Erməni saxtakarlıqlarını dünya ictimaiyyətinə çatdırmağa çalışırıq”
24.02.2018, 16:05

“Erməni saxtakarlıqlarını dünya ictimaiyyətinə çatdırmağa çalışırıq”

Rusiyanın kredit reytinqi artdı
24.02.2018, 15:54

Rusiyanın kredit reytinqi artdı

ARXİV
SORĞU
Hansı supermarketdən alver edirsiniz?
“ARAZ” marketləri(16.0%)
“Bazarstore”(10.3%)
“Neptun” marketləri(2.29%)
“Favorit” marketi(5.74%)
“Makromarket”(2.29%)
“Bizim market”(2.29%)
“Rahat market”(2.29%)
“Bravo” marketləri(13.7%)
“Oba market”(11.4%)
Heç biri - digər mağazalar(33.3%)