Modern.az

İngilis Avropanan tarixində ilk dəfə ağlasığmaz “cek-pot” udub

İngilis Avropanan tarixində ilk dəfə ağlasığmaz “cek-pot” udub

13 İyul 2011, 16:43

Avropanın tarixində rekord məbləğdə olan lotereya uduşu qeydə alınıb. Modern.az  “Teleqraf”-a istinadla bildirir ki, “Avromillion” lotereya oyununda bir bilet 185 milyon avro pul udub. Lotereyanı təşkil edən “Camelot” şirkətinin nümayəndəsi vurğulayıb ki,  “ingilis iştirkaçı bütün cek-potu “partladaraq” bu məbləği udub”.  Bununla belə xoşbəxt biletin sahibinin adı açıqlanmayıb.  Həmin şəxs bir anda Böyük Britaniyanın ən varlı adamları siyahısında 430-cu yerə sahib çıxıb. Onun  pulu Bekhemlər ailəsinin 161 milyon funt-sterlinq məbləğində olan var-dövlətinə bərabər olub. 

Lotereya təşkliatçıları bildiriblər ki, bu məbləği udma şansı 116 milyon iştirakçı arasında bir nəfərin olub. “Avromilyon” lotereya oyunu 2004-cü ildən keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir