Modern.az

Türkiyə ABŞ-ı kürdlərə gizli dəstək verməkdə İTTİHAM ETDİ

Türkiyə ABŞ-ı kürdlərə gizli dəstək verməkdə İTTİHAM ETDİ

Dünya

24 Yanvar 2018, 11:33

Türkiyə ABŞ-ı PYD və YPG ilə bağlı verdiyi sözü pozmaqda ittiham edib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ankara Vaşinqtonun kürd döyüşçülərinə dəstək verdiyini ehtimal edir.

 

 “Bundan əvvəl, ABŞ PYD və YPG-nin Suriyanın Mənbic rayonundakı mövqelərini tərk edəcəyini bildirirdi. Bizə çoxlu vədlər versələr də, heç birini tutmadılar. ABŞ-dan YPG və PYD-yə dəstəyin tam dayandırılmasını gözləyirik”-deyə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

 

Kalın Trampın Ərdoğanla noyabr ayında baş tutan telefon danışığı zamanı PYD və YPG-yə dəstəyi tam kəsəcəyini lakin bunun baş vermədiyini xatırladıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər