Modern.az

Tillerson: “Suriyadakı ölümlərə görə Rusiya məsuliyyət daşıyır”

Tillerson: “Suriyadakı ölümlərə görə Rusiya məsuliyyət daşıyır”

Dünya

24 Yanvar 2018, 13:08

ABŞ Dövlət katibi Reks Tillerson Rusiyanı Suriyadakı insan ölümlərinə görə məsuliyyət daşıdığını bildirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “The Wall Street Journal” –ın məlumatına görə Parisdə 29 ölkənin nümayəndəsi ilə görüş zamanı bu fikirləri söyləyən Tillerson Moskvanı sərt şəkildə tənqid edib.

“Hücumları kimin təşkil etməsindən asılı olmayaraq, Rusiya Şərqi Qutda çoxsaylı insan ölümlərinə və s. kimyəvi hücumlara görə məsuliyyət daşıyır”.

 

Resk Tillerson Rusiyanın ABŞ-al Suriya arasında kimyəvi silahın məhv edilməsinə dair müqavilənin qarantı kimi razılaşmanı pozmaqda da ittiham edib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır