Modern.az

Rəqqasə Oksana mətbuat konfransında ANS-i məhkəmə ilə hədələyib

Rəqqasə Oksana mətbuat konfransında ANS-i məhkəmə ilə hədələyib

13 İyul 2011, 17:12

Rəqqasə Oksana Rəsulova son günlər onun ətrafında baş verən qalmaqalla bağlı mətbuat konfransı keçirib.  Modern.az bildirir ki,  bir neçə gün əvvəl ANS-in efirində rəqqasənin rəsmən evli olduğu iddia edilən Haqay Avenilov adlı yəhudi xalqından olan şəxsin açıqlamaları verilib. Həmin açıqlamalarda Avenilov Oksana ilə evli olmaları barədə rəsmi nikah sənədini nümayiş etdirib və rəqqasənin bir neçə ay psixi xəstəxanada müalicə olunduğunu vurğulayıb.

Oksana Rəsulova mətbuat konfransında bildirib ki, o, Avenilovla 2007-ci ildə tanış olub və bir yerdə yaşamağa başlayıb. 2010-cu ildə rəsmi nigah bağlayıblar. “O mənimlə münasibətləri barədə heç yerdə danışmırdı. Çünki yəhudi oğlanın öz xalqından olmayan qadınla evlənməsinin pis nəticələr verəcəyini deyirdi.  Mən ondan sonra Haqaydan ayrıldım. Sənədə gəlincə, mən onun xahişiдэ nigah sənədinə imza atmışam. O ABŞ-a getmək istəyirdi. Lakin o səfərə gedən zaman burada həyat yoldaşının onu gözləməsi barədə rəsmi sənəd təqdim etməli idi. Haqayın bu hərəkəti məndən qisas almaq niyyətidir”.
Sonra Oksana jurnalistlərin iştirakı ilə narkoman iddiası ilə bağlı qan analizi verib. Bəlli olub ki, rəqqasənin qanında heç bir narkotik izi yoxdur.

O.Rəsulova həmçinin şərəf və ləyaqətinin təhqir olunması ilə bağlı ANS telekanalını məhkəməyə verəcəyini açıqlayıb. Onunla birgə mətbuat konfransıda iştirak edən məşhur reper Elşad Xose isə telekanalın əməkdaşları ilə mübahisə edib.  

 “Haqay bir çox  jurnalistləri pulla ələ almaq istədi. Amma yalnız ANS-i ələ almaq mümkün oldu. Telekanal bu qalmaqala efir vaxtı verməklə Oksananın təhqir olunmasına şərait yaradıb. Əgər Haqay belə “qeyrət dağarcığı” idisə, o gərək məni çoxdan güllələyib türməyə gedəydi. Bir söz deyim: yaxşı ərdən arvadı heç vaxt üz döndərməz”-deyə Xose sonda vurğulayıb.  

Sədaqət Süleymanova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir