Modern.az

Səbaildə torpaq sürüşməsilə bağlı Xüsusı Qərargah yaradıldı

Səbaildə torpaq sürüşməsilə bağlı Xüsusı Qərargah yaradıldı

24 Yanvar 2018, 13:10

Son günlərdə atmosfer yağıntılarının təsirindən Səbail rayonu Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik nəzərə çarpıb, torpaqda çatlar əmələ gəlib, bəzi yerlərdə isə çatlar genişlənib.

        
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin ərazidə olub və  sürüşmə sahəsinə baxış keçiriblər.


Səbail Rayon İcra Hakimiyyətindən Modern.az-a məlumat veriblər ki, Bakı şəhərinin aktiv sürüşmə zonalarından olan bu ərazidə sürüşmə halının baş verməsi yeni hadısə deyl, illərlə mövcud olan köhnə problemdir. Sürüşmə hadısəsı müəyyən dövrdən bir aktivləşır. Yağıntıların normadan artıq olması və digər səbəblər də buna öz təsirini gösrərir. Belə hallar hələ Sovetlər dönəmində də mövcud idi.                                                                                                                                                                                                                                                                                                                                       Vaxtı ilə ərazidə inşa olunmuş qanunsuz tikintilər, onların kommunikasiya xətlərinin qəzalı olması da sürüşməyə təkan verən hallardandır.

        
Məsələnin ciddiliyi nəzərə alınaraq, vətəndaşların təhlükəsizliyinin qorunması məqsədi ilə Səbai Rayon İcra Hakimiyyətində Xüsusi Qərargah yaradılıb. Mütəxəssislərin iştirakı ilə sürüşmənin əhatə dairəsi, bu ərazidə mövcud tikililərin ünvanları və yaşayan vətəndaşların sayı müəyyənləşdirilib.

        
“Sakinlərin təhlükəsizliyinin təminatı məqsədi ilə xüsusi təxliyə və yerləşdirmə planları hazırlanmış, tələbat yaranarsa vətəndaşların müvəqqəti yerləşdiriləcəyi yerlər müəyyənləşdirilmişdir. Hazırda ciddi narahatçılığa əsas yoxdur və ərazi  aidiyyatı qurumlar tərəfindən nəzarətdədir”,-deyə İcra Hakimiyyətindən bildirilib.


Qeyd edilib ki, məsələ ilə bağlı icra başçısı Eldar Əzizov tərəfindən Qərargah iclası keçirilib, xidmət, təşkilat və dıgər sahələrin rəhbərlərinə müvafiq tapşirıqlar verilib.


Hazırda əraziyə daimi baxışlar keçirilir, quraşdırılmış siqnal qurğularının göstəriciləri və baş verən hər hansı dəyişikliklər barədə dərhal aidiyyəti üzrə məlumat verilir.


Ərazidə gedən prosseslər Nazirlər Kabinetı tərəfindən nəzarətdə saxlanılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir