Modern.az

Samir Adıgözəlli: “Abel Məhərrəmovla aramızdakı məhkəmə işi bir səhvin nəticəsiydi”

Samir Adıgözəlli: “Abel Məhərrəmovla aramızdakı məhkəmə işi bir səhvin nəticəsiydi”

13 İyul 2011, 17:34

Bakı Dövlət Unversitetinin rektoru, millət vəkili Abel Məhərrəmov jurnalistlərlə münasibətləri barədə danışarkən maraqlı məqamları açıqlayıb. BDU-nun rektoru deyib ki, bir neçə il öncə onun barəsində təhqiredici məqalə yazdığına görə bir jurnalisti məhkəməyə verib.
“Senzuranın ləğvindən sonrakı 12-13 illk dövrdə belə olub ki, mən bir neçə dəfə məhkəmədə mətbuatla üz-üzə gəlmişəm. Mənim də belə təcrübəsiz vaxtlarım olub. Mətbuatla necə davranmaq lazımdır, o qədər də bilməmişəm.  Elə biri bir şey yazan kimi məhkəməyə verirdim. Doğrusu onun həbs ediləcəyi mənim üçün də gözlənilməz oldu. Odu-budu demişəm ki, daha jurnalist məhkəməyə verməyəcəyəm. Yavaş-yavaş bildim ki, mənim mövqeyim necə olmaldır. Obyektiv danışmaq lazımdır. Bu gün hesab edirəm ki, mövqeyimiz pis deyil, dil tapa bilmişik”-deyə rektor qeyd etdi.

Modern.az saytı xəbər verib ki, rektorun iddiası ilə həbs olunan həmin jurnalist “Böyük Millət” qəzetinin baş redaktoru Samir Adgözəlli olub.

Modern.az saytına açıqlamasında Samir Adıgözəlli deyib ki, Abel Məhərrəmov barəsində 2005-ci ilin sentyabrında “Böyük Millət” qəzetində dərc edilən yazı bir səhvin nəticəsi olub. Səkkiz ay qanunsuz həbsdə saxlanıldığını deyən S.Adıgözəllinin sözlərinə görə, o, bununla bağlı digər tutulan jurnalistlər kimi beynəlxalq təşkilatlara mürüciət etmək istəməyib.
“Azad olunandan sonra Abel Məhərrəmovla görüşdüm və səhvimi boynuma aldım. O isə mübarizə apararaq türk oğlu türk olduğunu sübut etdi” deyə S.Adıgözəlli qeyd edib.

Təsisiçisi olduğu “Böyük Millət” qəzetini oktyabrdan həftəlik olaraq buraxmaq istədiyini deyən müsahibimiz bildirib ki, hazırda Beynəlxalq Diaspor Mərkəzinin aparat rəhbəri olaraq siyasət aləmindədir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir