Modern.az

Azərbaycan Prezidenti Rusiyaya gedib

Azərbaycan Prezidenti Rusiyaya gedib

24 Noyabr 2009, 13:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin dəvəti ilə noyabrın 24-də Rusiyanın Ulyanovsk şəhərinə işgüzar səfərə yola düşüb. Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Hava Limanında baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.

İlham Əliyevin Dmitri Medvedevlə Ulyanvskda keçirəcəyi görüşdə ikitərəfli əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə edəcək, eləcə də şəhərdəki meydanlardan birinə Heydər Əliyevin adının verilməsi mərasiminə qatılacaq. Kremlin səfər ərəfəsində verdiyi məlumata görə, İlham Əliyev və Dmitri Medvedevin növbəti görüşü Rusiya və Azərbaycan arasında zəngin siyasi dialoqun davamı olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir