Modern.az

Rektor «İlin ən fəal şöbə müdiri»ni təltif edib

Rektor «İlin ən fəal şöbə müdiri»ni təltif edib

13 İyul 2011, 18:14

Bu gün Bakı Dövlət Universitetində Elmi Şuranın bu tədris ilində son iclası keçirilib. Rektor Abel Məhərrəmov il ərzində tədrisdə, elmdə qazanılmış uğurlardan bəhs edib. Bir çox məsələlərin müzakirə olunduğu iclasda tədris ilinin yekunları üzrə «İlin müəllimi, «İlin kafedra müdiri», «İlin dekanı» müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunub. Mükafat alanlar sırasında universitetin Mətbuat və İnformasiya şöbəsinin müdiri Pərvanə İbrahimova da olub. O, BDU-nun yerli və xarici kütləvi informasiya vasitələri ilə əlaqələrinin daha da yaxşılaşdırılmasındakı xüsusi xidmətlərinə görə «İlin ən fəal şöbə müdiri» fəxri adı ilə təltif edilib.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?