Modern.az

BDU-nun kadrlar şöbəsinə yeni rəis təyin edilib (FOTO)

BDU-nun kadrlar şöbəsinə yeni rəis təyin edilib (FOTO)

13 İyul 2011, 18:25

Bu gün Bakı Dövlət Universitetində Kadrlar şöbəsinin təmir və yenidənqurma işlərindən sonra açılış mərasimi olub.Tədbirdə rektor akademik Abel Məhərrəmov, Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov, dekanlar, kafedra müdirləri iştirak ediblər. Yüksək zövqlə təmir edilmiş, müasir avadanlıqlarla təmin olunmuş Kadrlar şöbəsinin universitet həyatında mühüm yer tutduğunu deyən rektor Abel Məhərrəmov şöbənin 7 nəfər əməkdaşının böyük bir kollektivə, müəllim, professor və texniki işçilərə xidmət etdiyini, onlara diqqət və qayğıyla yanaşıldığını bildirib.  
Şöbənin yenidən qurulmasında yeni rəis Səadət Namazovanın irəli sürdüyü təkliflərin dəyərləndirildiyini deyən rektor İqtisadi təsərrüfat işləri üzrə prorektor Nəbi Ramazanlının da əməyini xüsusi qeyd edib.

Bütün kollektiv adından rektor, akademik Abel Məhərrəmova minnətdarlıq edən Kadralar şöbəsinin yeni rəisi Səadət Namazova yeni iş şəraitinin onlara əlavə stimul olacağını bildirib.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?