Modern.az

Misirin baş naziri Facebook-da hökümət qurur

Misirin baş naziri Facebook-da hökümət qurur

13 İyul 2011, 19:06

Misirin baş naziri Əssam Şərəf Facebook şəbəkəsində özünün səhifəsindən istifadəçilərə sorğu ünvanlayıb. Modern.az “İnterfaks”a istinadən bildirir ki, baş nazir “yeni hökümətdə kimləri nazir görmək istərdiniz?” sualını şəbəkə istifadəçilərinə ünvanlayıb. İndiyə qədər baş nazirin səhifəsinə 7 mindən çox cavab gəlib.

Misirin EFE agentliyi bildirib ki, Şərəf bir həftə ərzində hökümətdə yerdəyişmələr aparacağını vəd edib. Bundan sonra o sosial şəbəkə vasitəsi ilə həmvətənlilərinin rəyini bilmək istəyib. Misir əhli isə buna müxtəlif reaksiya verib: kimi baş nazirin bu addımını dəstəkləyib, kimi isə lənət və söyüşlə dolu kommentlər yazıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir