Modern.az

"Neftçi" Çempionlar Liqasına məğlubiyyətlə başladı ( Qollar - VİDEO)

"Neftçi" Çempionlar Liqasına məğlubiyyətlə başladı ( Qollar - VİDEO)

14 İyul 2011, 08:48

Modern.az xəbər verir ki, iyulun 13-də Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakının "Neftçi" klubu səfərdə ilk görüşünə çıxıb. Komandamız Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə qarşılaşıb. Yenidən qitəmiqyaslı turnirə qayıdan "Neftçi" "Maksimir" stadionunda uğursuz çıxış edib və rəqibinə 0:3 hesabı ilə məğlub olub.

Cavab görüşü iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadioununda keçiriləcək.

Qeyd edək ki, "Dinamo" - "Neftçi" cütünün qalibinin növbəti mərhələdəki rəqibinə isə iyulun 15-də keçiriləcək püşkatma mərasimindən sonra aydınlıq gələcək.

"Dinamo" – "Neftçi" - 3:0
Qollar:
Milan Badelj, 38 (1:0), İvan Krstanovuiç, 46 (2:0), 65 (3:0)

Hakimlər: Antoni Qotye, Mixael Annonye, Kristof Kapelli, Ruddi Buke (hamısı Fransa).
Hakim-inspektor: Vaslav Krondl (Çexiya).

Zaqreb. “Maksimir” stadionu

"Dinamo": 30. İvan Kelava, 3. Luis İbanyes, 7. Yerko Leko, 10. Sammir, 13. Tonel, 14. Şime Vrsalko, 16. Milan Badel (k), 20. Mehmed Alispahiç, 21. Fatoş Beçiray, 24. Domaqoy Vida, 99. İvan Krstanoviç

"Neftçi": 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 7. Rodriqinyo, 9. Flavinyo, 10. Emil Mpenza, 15. Ruslan Abışov, 16. Alessandro Viana da Silva, 27. Rəşad Abdullayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?