Modern.az

“Bizim Ukrayna” Yuşşenkodan imtina etdi: "O, narıncı inqilab”ı zibilə döndərdi"

“Bizim Ukrayna” Yuşşenkodan imtina etdi: "O, narıncı inqilab”ı zibilə döndərdi"

Təhsil

14 İyul 2011, 10:48

Partiyadaşları eks-prezidenti partiya siyahısından çıxarıb

Ukryanaın keçmiş prezidenti Yuşşenkonun lideri olduğu “Naşa Ukrayna” partiyası eks-prezidenti və onun hakimiyyətdə olarkən işlədiyi komandasını parlament seçkiləri üçün nəzərdə tutulmuş partiya siyahısından çıxarıb.

Modern.az “İzvestiya” qəzetinə istinadən bildirir ki, bu barədə partiyanın icra katibi Sergey Bondarçuk bildirib. “Onlar “narıncı inqilab”ı zibilə döndərdilər, vətəndaşlar arasında etimadını itirdilər. Qoy gedib majoritar qaydada dairələrdən namizədliyini versinlər. Baxsınlar görüm onlar seçicilərə lazımdırlarmı”-deyə ica katibi əsəbi halda bildirib.

Bununla da partiya siyahısından kənarda qalan Yuşşenko təkmandatlı dairədən namizədliyini irəli sürməli olacaq. Bondarçuk qeyd edib ki, eks-prezidentin siyahıdan çıxarılmasına bütün Rəyasət Heyəti səs verib. Onların içində  Yuşşenkonun qardaşı Pyotr da var.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi