Modern.az

İş axtaran 7517 müəllim Təhsil Nazirliyinə ərizə verib

İş axtaran 7517 müəllim Təhsil Nazirliyinə ərizə verib

14 İyul 2011, 11:35


İyulun 1-dən Təhsil Nazirliyi müəllimlərin işə qəbulu ilə bağlı elektron ərizlərin qəbulunu aparır.  Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən verilən məlumata görə, bu il orta məktəblərdə 2000-ə qədər vakant yer müəyyənləşib. Bu günə olan məlumata görə, vakant yerlərə 7517 nəfər ərizə verib. Bütün ixtisaslar üzrə ərizə verənlərin 70%-dən çoxu Bakı şəhərində olan vakant   yerləri seçiblər. Ən çox ərizə verənlər ibtidai sinif müəllimi yerlərini seçiblər – 1485 nəfər.

Müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) yolu ilə həyata keçiriləcək.

Modern.az-ın məlumatına görə, Təhsil Nazirliyinə təqdim edilən boş iş yerlərindən 323-ü Bakı məktəblərindədir. Təhsil Nazirliyindən saytımıza bildirilib ki, vakant yerlərdən ən çoxu Sabunçu rayonunun məktəblərindədir – 80 yer.
Xəzər rayonu ərazisindəki məktəblərdə 73 boş müəllim yeri var. Suraxanı məktəbləri 39, Binəqədi məktəbləri 36, Qaradağın təhsil ocaqları isə 33 müəllim axtarır.
Yasamal məktəblərinə 15, Nəsimi məktəblərinə 14, Nizami məktəblərinə 11 müəllim lazımdır. Xətai məktəblərində 10, Səbail məktəblərində 7,  Nərimanov məktəblərində isə cəmi 5 boş iş yeri var.
(Vakant yerlərin tam siyahısına burdan baxma olar - //www.muallim.edu.az/arxiv/2011/25/vakansiya.pdf)

Təhsil Nazirliyindən bildirilib ki, elektron ərizələrin qəbulu sabah saat 09:00-dan etibarən dayandırılıralacaq.

Müəllimlərin işə qəbulu üzrə vakant yerlərə elektron ərizə verənlərin sayı aşağıdakı kimidir.  

(1-14 iyul 2011-ci il tarixlərdə)

İxtisaslar

Bakı şəhəri  üzrə vakant yerlərin sayı

Digər şəhər və rayonlar üzrə vakant yerlərin sayı

Cəmi: vakant yerlərin sayı

Elektron ərizə verənlərin sayı

İbtidai sinif

23

87

110

1485

Azərbaycan dili və ədəbiyyat

22

243

265

1093

Riyaziyyat

26

159

185

827

İnformatika

29

159

188

345

Fizika

8

122

130

412

Kimya

7

134

141

276

Biologiya

10

156

166

353

Tarix

24

199

223

622

Coğrafiya

17

244

261

335

İngilis dili

68

173

241

1290

Fiziki tərbiyə

89

63

152

245

Gənclərin çağırışaqədərki hazırlığı

28

23

51

55

Əmək hazırlığı

10

19

29

107

Musiqi və nəğmə

10

12

22

36

Təsviri incəsənət, rəsmxət

3

10

13

36

Cəmi:

374

1803

2177

7517

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir