Modern.az

Deputatlar yenidən jurnalistlərlə yarışa bilər

Deputatlar yenidən jurnalistlərlə yarışa bilər

Media

26 Yanvar 2018, 11:22

Ötən il dekabrın 22-də Parlament Jurnalistləri Birliyinin (PJB) təşəbbüsü ilə Tofiq Bəhramov adına Respublika Stadionunda Milli Məclisin deputatları ilə jurnalistlər arasında futbol yarışı keçirilib.

 

Modern.az-ın məlumatına görə, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov həmin təşəbbüsə yenidən qayıdıb. 

 

Komitə sədri bildirib ki, deputatlar belə bir yarışın keçirilməsinə görə Parlament Jurnalistləri Birliyinə təşəkkür edir.

 

“Çox maraqlı oyun oldu. Bu oyunun keçirilməsində AFFA və “Qarabağ” futbol klubunun da çox böyük rolu oldu. Bu oyuna görə deputatlarımıza və parlament jurnalistlərinə təşəkkür edirik. Əgər belə bir təşəbbüs yenidən qaldırılsa, biz yenə də buna öz töhfəmizi verəcəyik”. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi