Modern.az

ABŞ-ın Ermənistana göndərmək istədiyi səfir “soyqırımı” ifadəsindən imtina edib

ABŞ-ın Ermənistana göndərmək istədiyi səfir “soyqırımı” ifadəsindən imtina edib

14 İyul 2011, 12:23

ABŞ Senatının xarici əlaqələr komitəsində  Con Heffernin Ermənistana səfir göndərilməsi ilə bağlı namizədliyi ilə bağlı dinləmlər keçirilib. Modern.az erməni KİV-lərinə istinadən bildirir ki, dinləmlər zamanı Senat komitəsi qarşısında çıxış edən Heffern İrəvanda səfir kimi fəaliyyətə başlamağa hazır olduğunu deyib.

“Erməni genosidi” məsələsi ilə bağlı suallara çavab verən namizəd bu termini işlətməkdən imtna edib. Heffern yalnız bildirib ki, ABŞ prezidenti Osmanlı imperiyası zamanında olan bu hadısəni “dəhşətli” adlandırıb.  Qarabağ münaqişəsi barədə danışan səfirliyə namziəd bildirib ki, Vaşinqton ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin həllini dəstəkləyir. Senatorlar yaxın günlərdə Hefferniə yeni suallar ünvanlayacaqlar.

Qeyd edək ki, ABŞ erməni icması Hefferni “türkpərəst” elan edib. Erməni icması bununla bağlı yaydığı bəyanatda bildirib ki, “Heffern “erməni genosi”dini tanımır və Dağlıq Qarabağla bağlı Azərbyacanın tərəfini tutur”.  Heffern 90-cı illərdə Konqresdə türkləri açıq dəstəkləyən konqresmen Duq Beruoterin yanında işləyb. 1995-96-cı illərdə o, konqresmenini beynəlxalq əlaqələrinə cavabdeh olub.

Senat Heffernin namizədliyini təsdiq etsə o, Mari Yovanoviçin yerinə İrəvana səfir gələcək. Hazırda Heffern  NATO-nun Brüsseldəki ofisində yerləşən ABŞ missiyasına rəhbərlik edir.

Buna qədər isə o, ABŞ-ın İndoneziyada səfiri işləyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi