Modern.az

Müdafiə Nazirliyi hərbi hissədəki korrupsiya faktını araşdırmağa başladı

Müdafiə Nazirliyi hərbi hissədəki korrupsiya faktını araşdırmağa başladı

Reportaj

14 İyul 2011, 13:28

Nazirlik rəsmisi: "Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək"

Dünən bir sıra mətbuat Azərbaycan Silahlı Qüvvələrinin Beyləqanda yerləşən «N» saylı hərbi hissəsinin üç zabiti - kapitan Ramin Qasımov, leytenant Əsgər Əsgərov, gizir Şahlar Rzayevin ordudakı korrupsiya faktı ilə əlaqədar Ali Baş Komandan İlham Əliyevə müraciət etməsi ilə məlumat yayıb. Zabitlərin müraciətini əks elətdirən videolent internetdə də yayılıb. Modern.az saytı məsələyə Müdafiə Nazirliyindən rəsmi münasibət öyrənib.

Adları çəkilən zabitlər bildiriblər ki, Beyləqanda qasırğa nəticəsində dağılan hərbi hissənin kazarması təmir edilməyib. Məcburiyyət qarşısında qalan bölük və tağım komandirləri öz əmək haqqı kartalarını girov qoyaraq tiknti materialları alıb kazarmanı təmir etdiriblər. Çətin vəziyyətlə qarşılaşan kapitan Qasımov əmək haqqı kartının hazırda Beyləqandakı inşaat materialları mağazasında girov olduğunu bildirib. O, eyni zamanda tikinti mağazasında digər hərbçilərin də maaş kartlarının saxlandığı haqqında məlumat verib. 

Müdafiə Nazirliyi Mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlun Modern.az saytına açıqlamasında bildirdi ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.
“Araşdırma aparılır və qısa vaxt ərzində məsələ ilə bağlı ictimaiyyətə məlumat veriləcək”-deyə Eldar Sabiroğlu vurğulayıb.

Qeyd edək ki, hərbçilər Müdafiə Nazirliyinin kazarmanın təmirinə qoyduqların xərcin mağazaya ödənilməsini və əmək haqqı kartlarının özlərinə qaytarılmasını tələb ediblər.

Sədaqət Süleymanova


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?