18 iyul 2018, Çərşənbə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - “Mehman Əliyevin iddiaları dövlətin informasiya siyasətini qaralamaq məqsədi daşıyır” - Əli Həsənov
“Mehman Əliyevin iddiaları dövlətin informasiya siyasətini qaralamaq məqsədi daşıyır” - Əli Həsənov
26.01.2018, 20:36

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin bir müddət əvvəl həbs olunması və sonradan ölkə başçısının tövsiyyəsi ilə azadlığa buraxılmasına, o cümlədən bu məsələ ətrafında son dövrlər bəzi xüsusi saytlar tərəfindən spekulyasiya edilən “müəmmalı suallara” münasibət bildirib. Modern.az Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Musavat.com-a verdiyi  müsahibəsini təqdim edir.

 

- Əli müəllim, Azərbaycan Prezidentinin media siyasətinin həyata keçirilməsinə məsul olan köməkçisi kimi Mehman Əliyevin həbs olunması və sonradan da azadlığa buraxılmasında sizin hansısa iştirakınız olubmu?

 

- Təəssüf edirəm ki, Mehman Əliyev heç bir fakta söykənmədən bir neçə müsahibə və açıqlamasında bu tipli əsassız iddialar irəli sürüb və sizin də qeyd etdiyiniz kimi, Azərbaycan dövlətinin informasiya siyasətinin həyata keçirilməsinə, həmçinin, ölkədə qanunçuluğun qorunmasına məsul olan yüksək ranqlı dövlət məmurları haqqında mənfi rəy formalaşdırmaq istəyib. Mehman Əliyev iddia edib ki, onun həbsi Cənab Prezidentin köməkçisi kimi mənim və Baş prokuror Zakir Qaralovun təşəbbüsü ilə ali rəhbərlik səviyyəsində müzakirə olunaraq həyata keçirilib. O, hətta daha da irəli gedərək, həbs qərarının guya 2018-ci il prezident seçkiləri ilə bağlı olduğunu, Mehmanın hansısa ciddi islahat konsepsiyasının mövcudluğunu və Administrasiyaya təqdim edildiyini, həmin sənədin sonradan mənim əlimə keçdiyini və daha sonra bu həbsə qərar verildiyini iddia edib. Tam qətiyyətlə bildirirəm ki, bu iddia absurddur və qətiyyən həqiqətə uyğun deyil. Kökündən yanlış fikir və mülahizələrdir, dövlətin informasiya siyasətini və bu işə birbaşa məsul şəxs kimi mənin reputasiyamı qaralamaq məqsədi daşıyır.

 

- Sizcə, bu iddiaların ortaya atılmasında məqsəd nədir?

 

- Mehman Əliyev məqsədyönlü şəkildə səsləndirdiyi bu tipli açıqlamalara heç özünün də inanacağı qədər sadəlövh insan deyil. O, Azərbaycan dövlətinin media siyasətinin 90-cı illərdən başlayaraq necə formalaşdığını və həyata keçirildiyini, bu siyasətin keçən dövrdəki effektli nəticələrini, xarici dairələrin onun rəhbərlik etdiyi agentlik və digər qurumlar vasitəsilə ölkədaxili proseslərə müdaxilə cəhdlərini və buna nail ola bilmədiklərini çox yaxşı bilir. Qoy mənə dünyada ölkə göstərsin ki, orada dövlət öz mediasını idarə etməyə çalışmır və başlı-başına buraxır. Odur ki, Mehman Əliyev də nə dediyinin fərqindədir və bu fikirlərin səsləndirilməsi sadəcə olaraq onun aldığı növbəti tapşırıqdır...

 

"Hər ikimiz də siyasətə elə həmin dövrdən qoşulmuşuq və ikimiz də əliyevçi olmuşuq. Sadəcə o, Əbülfəz Əliyevi, mənsə Heydər Əliyevi təbliğ etmişəm"

 

Mən Mehmanı gəncliyindən tanıyıram. 1980-ci illərin sonu 90-cı illərin əvvəlində M.V.Lomonosov adına Moskva Dövlət Universitetində onunla paralel təhsil almışıq. O, jurnalistika, mənsə tarix fakültəsində oxuyurduq. Hər ikimiz də siyasətə elə həmin dövrdən qoşulmuşuq və ikimiz də əliyevçi olmuşuq. Sadəcə o, Əbülfəz Əliyevi, mənsə Heydər Əliyevi təbliğ etmişəm. Mehman da, mən də öz mövqeyimizdə, dünyagörüşümüzdə həmişə sabit, prinsipial və sadiq olmuşuq. Biz mövqe fərqimizi qoruyub saxlamışıq və bu amil ümumi münasibətmizə heç zaman mənfi təsir göstərməyib. Düşünürəm ki, heç indi də göstərməməlidir. Mehman Azərbaycanın inkişafını və xalqımızın firavan gələcəyini öz mövqeyinə uyğun təsəvvür edir, mənsə başqa cür – bu firavanlığın və inkişafının məhz indiki iqtidarın təmin etdiyini və gələcəkdə də edəcəyinə əminəm. O ki, qaldı Mehmanın ciddi-cəhdlə keçmiş həbsini konkret vəzifəli şəxslərin, o cümlədən də mənim adımla bağlamağına və bu məsələni siyasiləşdirmək cəhdinə, bunu da yaxşı anlayıram. O, özünü və ətrafdakıları adi jurnalist deyil, daha yüksək statuslu bir şəxs olduğuna inandırmaq istəyir. Olsun, buna bizim etirazımız yoxdur. Amma bizim üçün, hökumətimiz üçün Mehman Əliyev də digər KİV təsisçilərindən və rəhbərlərindən fərqlənmir. O həm jurnalistdir, həm sahibkardır, həm də xarici fond və qurumlarla işləyir. Deməli, bəlli öhdəliyi olan məsul şəxsdir. Amma kim olursa-olsun, ölkənin qanunları qarşısında, o cümlədən vergi öhdəlikləri qarşısında heç bir əlavə üstünlüyə, immunitetə malik deyil.

 

- Ümumiyyətlə, Mehman Əliyevin həbsi ilə bağlı siyasi dairələrdə hansısa müzakirə aparılması faktı olubmu?

 

- Sizə artıq məlumdur ki, 2017-ci ilin avqustunda “Turan” İA-nın direktoru kimi onunla bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi öhdəliklərindən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham irəli sürülmüş və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bununla bağlı birmənalı bəyan edirəm ki, onun həbsi məsələsi Cənab prezidentin yanında xüsusi müzakirə olunmayıb ki, həmin müzakirələrdə də hansısa məmurlar iştirak etsin. Mehman Əliyev müvafiq orqan tərəfindən konkret maddə ilə günahlandırılaraq məhkəmənin qərarı ilə saxlanılıb. Bundan sonra, o, özü barəsində seçilmiş məhkəmə qərarının dəyişdirilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət ünvanlamışdı, dövlət başçısı da həmin müraciətə dərhal münasibət bildirərək aidiyyəti orqanlara həbs qətimkan tədbirinin dəyişdirilməsi imkanına baxılmasını tövsiyə etmişdi. Təbii ki, cənab Prezidentin tövsiyəsi humanizm prinsiplərinə əsaslanıb və dövlət başçısının 2017-ci il 10 fevral tarixli Sərəncamında əks olunmuş ideya və prinsiplərə tam uyğun olub.

 

Buna görə də bu gün aidiyyəti dövlət strukturlarının qanuni fəaliyyəti, məhkəmə orqanının obyektiv qərarı ilə dövlət başçısının müvafiq tövsiyəsi arasında ziddiyyət axtarmaq, həm də bundan çıxış edərək yüksək ranqlı məmurlar haqqında əsassız iddialar irəli sürmək və məlum hadisəni siyasiləşdirmək cəhdi yolverilməzdir.

 

M.Əliyevin hazırkı xüsusi fəallığı və həbsi ilə bağlı ictimai rəydə yanlış fikir formaılaşdırmaq cəhdinin özü də bizdə məqsədyönlü fəaliyyət təəssüratı yaradır. Əvvəla, o, Azərbaycanda siyasi motivlərlə həbslərin həyata keçirildiyini nümayiş etdirmək, bununla da həm yerli, həm də beynəlxalq ictimaiyyətin gözündə hakimiyyətin mövcud siyasətini ləkələmək istəyir. Digər tərəfdən isə, bu tipli müsahibələrin, açıqlamaların məqsədli şəkildə fəaliyyət göstərən reket saytlarda tirajlanması məsələnin kökündə bəlli dairələrin maraqlarının dayandığı barədə düşünməyə əsas yaradır. Görünür, bu qüvvələr öz cılız ambisiyalarını reallaşdırmağa çalışarkən onun yekun nəticəsi barədə düşünmürlər. Təbii ki, bu da yalnız təəssüf doğura bilər.

 

Hesab edirəm ki, hər bir şəxs, o cümlədən də Mehman Əliyev məsuliyyətli davranmağı bacarmalı, reallıq hissini itirərək yanlış informasiyalar və istiqamətləndirmələrin təsiri altına düşməməlidir.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Şimali Kipr sahillərində gəmi-bərə batdı-16 ölü, 30 itkin
18.07.2018, 19:58

Şimali Kipr sahillərində gəmi-bərə batdı-16 ölü, 30 itkin

Zakir Həsənov ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüşdü
18.07.2018, 19:48

Zakir Həsənov ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüşdü

Bu il Azərbaycanda 16 dini icma dövlət qeydiyyatına alınıb
18.07.2018, 19:38

Bu il Azərbaycanda 16 dini icma dövlət qeydiyyatına alınıb

“Barselona”nın futbolçusu məscid tikdirəcək
18.07.2018, 19:27

“Barselona”nın futbolçusu məscid tikdirəcək

Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib
18.07.2018, 19:16

Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib

“Avroviziya”ya ilkin razılıq verən ölkələr müəyyənləşdi
18.07.2018, 19:06

“Avroviziya”ya ilkin razılıq verən ölkələr müəyyənləşdi

Trampın istəyi: Daha bir ölkə hərbi xərclərini artırır
18.07.2018, 19:00

Trampın istəyi: Daha bir ölkə hərbi xərclərini artırır

Aleksis Sançes ABŞ-a buraxılmadı
18.07.2018, 18:49

Aleksis Sançes ABŞ-a buraxılmadı

Xəzərdə 58 yaşlı kişi boğulub
18.07.2018, 18:42

Xəzərdə 58 yaşlı kişi boğulub

ANAMA 20 il ərzində 53 min ha ərazini minalardan təmizləyib
18.07.2018, 18:30

ANAMA 20 il ərzində 53 min ha ərazini minalardan təmizləyib

İlham Əliyev: "Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir"
18.07.2018, 18:20

İlham Əliyev: "Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir"

Məmmədyarov italiyalı həmkarı ilə görüşüb          
18.07.2018, 18:10

Məmmədyarov italiyalı həmkarı ilə görüşüb      

“Asan nömrə”lərin aylıq ödənişi niyə artırıldı? - Azercell AYDINLIQ GƏTİRDİ
18.07.2018, 18:01

“Asan nömrə”lərin aylıq ödənişi niyə artırıldı? - Azercell AYDINLIQ GƏTİRDİ

Saakaşvilinin appelyasiya şikayəti qəbul olunmadı
18.07.2018, 17:55

Saakaşvilinin appelyasiya şikayəti qəbul olunmadı

Bu il Bakıda 40 min piyada cərimələnib
18.07.2018, 17:47

Bu il Bakıda 40 min piyada cərimələnib

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
18.07.2018, 17:34

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Nazpəri Dostəliyeva fəlsəfə doktoru oldu
18.07.2018, 17:30

Nazpəri Dostəliyeva fəlsəfə doktoru oldu

İtaliya prezidentinin Bakı səfəri Azərbaycana nə verə bilər? - ŞƏRH  
18.07.2018, 17:04

İtaliya prezidentinin Bakı səfəri Azərbaycana nə verə bilər? - ŞƏRH  

Bakıda daha bir ərəb turist oteldə öldü - FOTOLAR
18.07.2018, 16:52

Bakıda daha bir ərəb turist oteldə öldü - FOTOLAR

Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ: “Radarlar heç kimə fərq qoymayacaq”
18.07.2018, 16:52

Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ: “Radarlar heç kimə fərq qoymayacaq”

Bölgələrimizdə yerli və xarici turistləri “soyurlar”
18.07.2018, 16:47

Bölgələrimizdə yerli və xarici turistləri “soyurlar”

Azərbaycanda monopoliya əleyhinə yeni tədbirlər görülür - RƏSMİ   
18.07.2018, 16:01

Azərbaycanda monopoliya əleyhinə yeni tədbirlər görülür - RƏSMİ  

Rusiyalı hərbçilər erməni kəndinə tankla hücum etdilər
18.07.2018, 15:53

Rusiyalı hərbçilər erməni kəndinə tankla hücum etdilər

“Diasporun Dostları Klubu” yaradılıb
18.07.2018, 15:52

“Diasporun Dostları Klubu” yaradılıb

Bakıda tuneli bağlayıb əylənən gənclər saxlanıldı - VİDEO
18.07.2018, 15:51

Bakıda tuneli bağlayıb əylənən gənclər saxlanıldı - VİDEO

Qarpız-yemiş niyə ucuzlaşmır? - Araşdırmaçı jurnalist SƏBƏBLƏRİ açıqladı
18.07.2018, 15:39

Qarpız-yemiş niyə ucuzlaşmır? - Araşdırmaçı jurnalist SƏBƏBLƏRİ açıqladı

Nəsimi rayon İcra Hakimiyyəti jurnalistləri mükafatlandırdı - FOTOLAR
18.07.2018, 15:32

Nəsimi rayon İcra Hakimiyyəti jurnalistləri mükafatlandırdı - FOTOLAR

İki nazirlik cərimələrin məbləğini AÇIQLADI
18.07.2018, 15:31

İki nazirlik cərimələrin məbləğini AÇIQLADI

Jurnalist təşkilatları Mətbuat Gününə nə hazırlayıblar? - Sədrlər CAVAB VERDİ   
18.07.2018, 15:25

Jurnalist təşkilatları Mətbuat Gününə nə hazırlayıblar? - Sədrlər CAVAB VERDİ  

Kılıçdaroğluna qarşı araşdırma başlanıldı
18.07.2018, 15:20

Kılıçdaroğluna qarşı araşdırma başlanıldı

Azərbaycanda ən çox tutulan narkotik vasitə bunlardır  
18.07.2018, 15:13

Azərbaycanda ən çox tutulan narkotik vasitə bunlardır  

“Google” 4,3 milyard avro CƏRİMƏLƏNDİ
18.07.2018, 15:06

“Google” 4,3 milyard avro CƏRİMƏLƏNDİ

Azərbaycan və İtaliya prezidentləri Sumqayıtda birgə açılış etdilər
18.07.2018, 15:02

Azərbaycan və İtaliya prezidentləri Sumqayıtda birgə açılış etdilər

Bugünkü imtahanlarda qaydaları pozan abituriyentlərin nəticələri ləğv edildi
18.07.2018, 14:55

Bugünkü imtahanlarda qaydaları pozan abituriyentlərin nəticələri ləğv edildi

Mərkəzi Elmi Kitabxana jurnalistləri mükafatlandırdı   
18.07.2018, 14:47

Mərkəzi Elmi Kitabxana jurnalistləri mükafatlandırdı  

ARXİV