Modern.az

Limon şirəsi və sarımsaq – XƏSTƏLİKLƏR YAN KEÇƏCƏK

Limon şirəsi və sarımsaq – XƏSTƏLİKLƏR YAN KEÇƏCƏK

26 Yanvar 2018, 23:07

Sağlamlığımıza çox da diqqət yetirə bilmədiyimiz bir vaxtda hərdən onu da düşünürük ki, asan və əlçatan olan hansı xalq təbabəti vasitələrindən istifadə etməklə xəstəliklərdən yan keçə bilərik. Bəli, bu cür vasitələr heç də az deyil və illərin sınağından çıxıb.

Modern.az saytı sağlamlıqla bağlı növbəti yazını təqdim edir.

Bu cür xalq təbabəti vasitələrindən biri də limon şirəsi ilə sarmısaqdan hazırlanır. Bunun üçün 2 litr limon şirəsi çəkmək lazımdır. 2 litr limon şirəsi üçün təxminən 50 ədəd limon lazım olacaq. Bu şirə çəkildikdən sonra 40 diş sarmısaq taxta üzərində əzilməlidir. Bunu hökmən nəzərə almaq lazımdır ki, sarmısağı müasir blendrelələ, doğrayıcılarla əzmək olmaz, yalnız taxta üzərində olmalıdır. Sonra əzilmiş sarmısaq limon şirəsinə əlavə olunaraq yaxşıca çalxalanmalı və ağzı kip bağlanan qabda qaranlıq və sərin yerdə 25 gün saxlanılmalıdır. Bu müddət ərzində hər gün bir dəfə məhlulun olduğu qab çalxalanmalıdır. 25 gündən sonra sizi xəstəliklərdən qoruyan çövhər istifadəyə hazır olacaq.

Qarışıq hər gün səhərlər acqarnına yarım stəkan, 100 ml qəbul edilməlidir.

Bu qarışıq sağlamlığımız üçün nələri vəd edir?

 

İmmun sisteminiz güclənəcək, xəstəliklərə qarşı müqavimətiniz artacaq.

 

Tənəffüs yollarındakı problemlər aradan qalxacaq.

 

Şəkərli diabetlər nəzərəçarpacaq dərəcədə özlərində müsbət dəyişikliklər hiss edəcək.

 

Qan təzyiqindən şikayətlənənlər bu qarşığın möcüzəsinə bəlkə də inanmayacaqlar.

 

Orqanizm toksinlərdən azad olacaq.

 

Damarlarınız tıxaclardan xilas olacaq.

 

İltihabi proseslərə son qoyulacaq.

 

Sinir sisteminizdə yenişəşmə gedəcək.

 

İnfarkt və insult riski sıfıra düşəcək.

 

Ən başlıcası isə artıq bir həftədən sonra gümrahlığınızla bu qarışığın möcüzəsinin şahidi olacaqsınız.

 

Və onu da unutmayın ki, xalq təbabəti vasitələrindən istifadə etmək qərarına gəldikdə həkimlə məsləhətləşmək vacibdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir