Modern.az

Minsk Qrupunun amerikalı həmsədri hamıdan əvvəl Bakıya gəlib

Minsk Qrupunun amerikalı həmsədri hamıdan əvvəl Bakıya gəlib

Təhsil

14 İyul 2011, 13:45

ATƏT-in Minsk Qrupunun  həmsədrləri bu gün Azərbyacana gəlir. Modern.az xəbər verir ki,  amerikalı həmsədr Robert Bradtke artıq Bakıdadır. Digər vasitəçilər İqor Popov (Rusiya) və Bernar Fasie (Fransa) də bu gün Bakıya gələcəklər. 

Həmsədrlərin Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçirəcəkləri gözlənilir.  Görüş zamanı Kazan danışıqlarının yekunları və Dağlq Qarabağ münaqişəsinin həlli ilə bağlı təkliflər üzərində müzakirələr aparılacaq.

Həmsədrlər Bakıdan İrəvana, oradan isə Xankəndinə gedəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı