Modern.az

Yeni “Mersedes-Benz” GƏLİR

Yeni “Mersedes-Benz” GƏLİR

27 Yanvar 2018, 15:50

“Mersedes-Benz”in uğurlu kompakt təmsilçisi “A” Seriyasının yeni markasının təqdimatı 2 fevralda Amsterdamda keçiriləcək.

 

Kompakt premium hatchback sınfinin ən iddialı modellərindən olan “A” seriyasının yeni nəsli təxminən 1 ildir ki, sınaq müddətindən keçirilirdi.

 

2018 A seriyasının şəklinə baxanda modelin sələfinə görə daha çox sport göründüyünü söyləmək mümkündür. 

 

Hələlik motor keyfiyyətləri bəlli olmayan maşında yeni motorların tətbiqi gözlənilir. Alınan məlumata görə “Mersedes-Benz” bazar ehtiyacına görə 7 fərqli benzinli və 4 fərqli dizel motor istifadə edəcək. Eyni zamanda modelin elektriklə çalışan versiyasının olması da gözlənilir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir