Modern.az

Bir qrup yeniyetmə Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyada olub

Bir qrup yeniyetmə Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyada olub

24 Noyabr 2009, 14:42

Heydər Əliyev Fondunun dəstəyi ilə yeniyetmələrdən ibarət 15 nəfərlik Azərbaycan nümayəndə heyəti 8 gün ərzində Rumıniyada səfərdə olub. Heydər Əliyev Fondunun məlumatına görə, mübadilə çərçivəsində gerçəkləşən səfər Fondun Rumıniyadakı nümayəndəliyinin dəstəyi ilə noyabrın 2-dən 9-dək Buxarest şəhərinin yeniyetmə gənclərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfərindən sonra baş tutub. Buxarest şəhərinin 2-ci Sektoru Meriyasının dəvəti ilə baş tutan səfər çərçivəsində ölkəmizi təmsil edən gənclər paytaxt Buxarestdə və digər şəhərlərdə olub, Rumıniyanın tarixi və mədəni həyatı ilə yaxından tanış olmaq imkanı qazanıblar. Səfərin birinci günü nümayəndə heyətini Buxarest şəhərinin 2-ci sektorunun meri Nikolay Ontsyanu qəbul edib. Gənclər Azərbaycanın Rumıniyadakı səfirliyində, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyində olub, Buxarest şəhərinin gözəl guşəsində yerləşən Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət ediblər. Dost ölkənin təhsil sistemi ilə tanışlıq “George Kosbuk”, “Mihai Viteazul”, “Liliya Haşdeu” milli kolleclərindən başlayıb, azərbaycanlı qonaqlar 2-ci Sektorun yerli gənclər Parlamentinin fəaliyyəti ilə tanış olublar. Bərpa və Peşəkar İnnovasiyalar Mərkəzində Gənc VİP Assosiasiyası üzvləri ilə görüşdə qarşılıqlı maraq doğuran mövzular müzakirə edilib. Regionlara səfər çərçivəsində qonaqlar Subiu, Siqişoora, Bran və digər şəhərlərin tarixi yerləri ilə tanış olub, Braşovda məşhur Postavarul dağ bazasında buraz yolu ilə dağın zirvəsinə qalxıblar. Proqram çərçivəsində musiqili və əyləncə proqramlarına qatılan gənclərin asudə vaxtı maraqlı keçib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi