Modern.az

ABŞ rəsmən “Gürcüstan” adından imtina etdi

ABŞ rəsmən “Gürcüstan” adından imtina etdi

14 İyul 2011, 14:34

ABŞ rəsmi Tiflisin xahişini nəzərə alaraq ölkəyə giriş vizaları üzərində olan kodu dəyişdirib. Modern.az  İTAR-TASS-a istinadən bildirir ki, bundan sonra ABŞ-a səfər edəcək gürcülər üçün açılacaq vizalarda GRZ (Gruzia) kodu GEO (Georgia) ilə əvəzlənəcək.  Bu barədə Gürcüstanın ABŞ-dkı səfiri Temuri Yakobaşvili bildirib.  Gürcü diplomat bəyan edib ki, dəyişiklik artıq qüvvəyə minib.
Xatırladaq ki, Tiflis ölkənin adının “Corciya” kimi yazılması üçün bir sıra ölkələrə müraciət edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir