Modern.az

Bizdən yoxdur, yekik, yek   

Bizdən yoxdur, yekik, yek   

Ədəbi̇yyat

27 Yanvar 2018, 16:32

Azad Müzəffərli

(Hekayə)                             

 

Mehdi ilə Rəsul iş yerlərinin beş addımlığındakı avtobus dayanacağında rastlaşdılar. İllərdi eyni idarədə işləsələr də, başqa-başqa binalarda oturduqlarından ürəkdən söhbət eləmək fürsəti arada-bir onların qismətinə düşərdi. Bir də ki, işdən başlarının aynıyan vaxtı az olurdu.

- Salam, bratok, iş vaxtı hara belə?

- Salam, evə, abedə gedirəm.

- Mən sənin yerinə olsam ərinərdim, malades.

- Cəmi üç astanovkadı da, bir göz qırpımında çatıram.

- Nə əcəb, öz stalovamızda yemirsən?

- Narmalnı pervi, vtaroy versələr yeyərdim,  az qalır, adam skorılığ ola.

- Düz deyirsən,  çarəsizlikdən  mən katletsiz-zadsız ancaq qreçka ilə bir təhər mədəmi aldadıram.

- Yemək cəhənnəmə, ələ gələsi vilka-qaşıqları da yoxdur, toxunmamış iki qatlanır, adamın apetiti ölür, lap.

- Axşam növbəsində işləyəndə də ujinə evə gedirsən?

- Kaneşna, başqa yolu yoxdu.

- Nə yaxşı ki, heç olmasa, zavtrak vaxtı evdə olursan, yoxsa, yol ölçməkdən səndə can qalmazdı.

- Zato, nagd bilirəm ki, hər şey damaşnıdı, qorxusu yoxdur.

- Malades sənə, paxıllığım tutdu.

- İndi marozdu deyənə avtobusa minirəm, yoxsa, hava əl verəndə evə abedə peşkom da gedirəm.

 

Gözlədiyi avtobusun yaxınlaşdığını görən Mehdi irəli şığıdı. Sən demə, Rəsul da elə həmin avtobusa minəcəkmiş.

 

- Sən də 18-nən gedirsən, nə yaxşı, bir az söhbət eləmək şansımız yarandı.

- Diqqətli ol, avtobus şoferlərinə etibar yoxdu, piyan kimi sürürlər, müştəriləri tez götürsünlər deyə, ancaq abqondadılar.

- Gəl, burda oturaq, hələki bu yerlər zanit döyül.

- Sən otur, narahat olma, mən peşkom dayanacam.

- Əşi, gəl otur, tərslik eləmə.

 

Yerlərini təzəcə rahatlamışdılar ki, babulyalardan biri başlarının üstünü kəsdirdi. Rəsul o andaca yerini ona verdi.

- Sağ ol, oğlum.

- Pajalusta.

 

Rəsul bir az da Mehdiyə sarı yan aldı. İş yoldaşını qəribə tərzdə süzərək gicgahına əl gəzdirib, yenə söhbətə keçdi.

- Mehdi , sən canın, doğrudan, hər gün abedə evə gedib-gəlmək səni nadeyedat eləmir?

- Burda elə bir şey yoxdu, yəqinki, bu nastrayenidən asılıdır, kiminin döşünə yatır, kimininkinə isə yox.

- Cəmi bircə saatlıq abed vaxtı pazvalyat eləyir də, narmalnı gedib-qayıtmağına?

- Hələ, lişni vaxtım da qalır.

- Maraqlıdır,  indi evdəkilər nə bişiriblər sənin üçün, bilirsən?

- Kaneşno, sup, bir də jarko.

- Jarkonu elə dedin ki, lap ağzım sulandı.

- Doğrudan, yoldaşım onu klasnı bişirir, barmaqlarını yalayırsan, onun dərdindən oğlum da böyük zvonokda yeməyə məktəbdən evə qaçıb gəlir. Hələ mən raznı-raznı salyonluları demirəm, indiki morozda zoğal varenasıynan pürrəngi çayın isə lap özgə yeri var.

- Görünür, ponyatkalı uşaqdır, yəqin, həm də səni çox ubıtkaya salmaq istəmir.

- Düz tutmusan, vapşe, başkası pis işləmir.  

- Dərslərini necə, vısşı oxuyur, yoxsa, mənimki kimi dvoyişnikdi?

- Müəllimləri dovolnıdı, bircə rus dilindən axsayır.

- Necə, yaxşı razbirat eləmir, yoxsa, problem başqadır?

- Yaralı yerimə toxundun, rus dilindən vopşe noldu, nol, heç cür baş aça bilmirəm, niyə belədir?

- Bəlkə, müəllimləri xaltura eləyir, prosto yola verir. Bəzi müəllimlər naroşno uşaqları yaxşı öyrətmirlər ki, əlavə dərs deyib beş-on manat çak-çuk eləsinlər.

- Yox, Allah var başımızın üstündə, oğlumun rus dili müəllimi çestnı qadındır.

-  Yəqin. Onda, oğlun evdə iqralardan əl çəkmir, indiki uşaqlar, az qala, kompüteri qucaqlayıb yatalar.

- O da var.

 

Mehdi nöbəti dayanacaqda düşəcəkdi deyə, yerini Rəsula verdi. İş yoldaşına onunla birlikdə evlərinə nahara getməyi təklif eləsə də, Rəsul vacib işinin olduğunu dedi.

 

- Sən hara belə, bayaqdan fikir verirəm, yaman çortdasan?

- İşdə yaman qruzit eləyirlər, çox yoruluram.

- Düzdü, ponyatkalı olanda adama başını qaşımağa belə aman vermirlər.

- Bax, indi bu mənə lazımdı, rəis məni tələm-tələsik vizitka çıxartdırmağa yollayıb. Naxadu ora dəyib, yenə qayıtmalıyam axşamacan paxat eləməyə. Verdikləri də, qəpik-quruş.

 

Rəsulun gülləsi hədəfə tuş gəlmişdi. Aldığı məvacibi Mehdi də aydan-aya güc bəla ilə yetirə bilirdi. Buna baxmayaraq arada yüz-yüz vurmağı da vardı.

 

- Rəsul, evimizə dəvət elədim, otkaz getdin, bəlkə, axşam birlikdə yüngülvari ujin eləyək, zaquskası məndən. Əla pelmenni yeri bilirəm, lap yerinə düşər, indiki morozda xəmir xörəklərinin özgə yeri var.

- Malades, bu lap naxodka oldu, ürəyimdən xəbər verdin, qaryuçi də mənlik.

- Onda, paka, axşam işdən çıxanda görüşərik.

- Yes, qud bay. Zəngini gözləyəcəm ha, fikrini dəyişib eləmə, yoxsa, nastrayenimi korlayarsan, başqa şeydən narahat olma, bədə-bəddə şot mənlikdir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!