Modern.az

Komitə sədri Rafael Hüseynovu təkzib etdi

Komitə sədri Rafael Hüseynovu təkzib etdi

14 İyul 2011, 15:05

Milli Məclisdə soyadlarla bağlı heç bir sənəd hazırlanmır

Bir müddət öncə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov məlumat vermişdi ki, “Adlar və soyadlar haqqında” qanun lahiyəsi hazırlanır.

Bu gün Milli Məclisin yaz sessiyasının yekunları ilə bağlı mətbuat konfransında Mədəniyyət  komitəsinin sədri Nizami Cəfərov  bildirib ki, hələlik Milli Məclisdə belə bir qanun layihəsi yoxdur: “Ümumiyyətlə, hələ ki, bu məsələ ilə bağlı yeni bir şey yoxdur. Milli Məclisin rəhbərliyinin məsləhət biləcəyi halda bu, gündəmə gələ bilər”.

Komitə rəhbəri qeyd edib ki, Azərbaycan Milli Elmlər Akedemiyasında xüsusu komissiya adlarla bağlı işləyib. O bildirib ki, AMEA-nın tətqiqatına görə, bu gün Azərbaycanda insanların 80 fazi  “-ov, -yev” sonluqlu soyad daşıyır,  “-lı” sonluqlu soyad daşıyanlar 10 faiz, “-zadə” sonluqlu soyadlar 10 faiz təşkil edir. Onun sözlərinə görə, təxəllüs kimi “-oglu, -qızı” və soyad sonluqsuz olanların sayı 1 faiz və ya bundan da aşağıdır. N.Cəfərov “-ov, -yev”lərin 80 faiz olmasını düzgün hal kimi etmir.
“Bu məsələnin həlli üçün qanun qəbul olunmalıdır, yaxud da Nazirlər Kabineti bu məsələni həll edə bilər”.

Nizami Cəfərov bildirib ki, Milli Elmlər Akademiyasında adlarla bağlı komissiya müzakirələrinin soyadlara heç bir aidiyyatı yoxdur: “Bir daha qeyd edim ki, məsləhət bilinəcəyi halda, biz belə bir sənəd hazırlaya bilərik”. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir