Modern.az

Milli Məclisin sədr müavini: “Qarabağla bağlı rəsmi mövqe Azərbaycanda bütün siyasi dairələr tərəfindən qəbul olunur”

Milli Məclisin sədr müavini: “Qarabağla bağlı rəsmi mövqe Azərbaycanda bütün siyasi dairələr tərəfindən qəbul olunur”

Parlament

14 İyul 2011, 15:48

“Qarabağ məsələsi ilə əlaqədar Azərbaycan dövlətinin yeritdiyi siyasət və onun göstərdiyi qətiyyət, ortaya qoyduğu mövqe Azərbaycanda bütün siyasi dairələr tərəfindən qəbul olunur. Başqa çür ola da bilməz. Çünki bu ədalətli mövqedir”. Bu fikirləri Modern.az saytına açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Vitse-spiker qeyd edib ki, Qarabağla bağlı Azərbaycanın rəsmi mövqeyi ilə qeyri-rəsmi dairələrin mövqeyində fərq olduğunu düşünmür: “Bu, ümummilli məsələdir. Ümumi mövqedən söhbət gedirsə, “Azərbaycanda kəskin mövqe fərqi var” demək düzgün deyil. Vətənpərvərlik hissi olan, Azərbaycanı və bu problemin həllini istəyən Azərbaycan dövlətindən fərqli mövqe ortaya qoya bilməz. Ona görə ki, dövlətin mövqeyi ədalətli, doğrudur və beynəlxaq hüququn prinsiplərinə söykənir. Bundan fərqli nə mövqe ortaya qoymaq olar ki..?”.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir