Modern.az

Umud Rəhimoğlu: “Qarabağ problemi hər bir azərbaycanlının fəaliyyətində həmişə öndə olmalıdır”

Umud Rəhimoğlu: “Qarabağ problemi hər bir azərbaycanlının fəaliyyətində həmişə öndə olmalıdır”

14 İyul 2011, 15:58

“Beynəlxalq tədbirlərdə iştirakımızla Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırmaq imkanı qazanırıq”

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu iyulun 4-8 də İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin İqtisadi və Sosial Şurasının  (ECOSOC) Yüksək Səviyyəli Toplantısına qatılıb. BAMF sədri artıq səfərdən vətənə dönüb.
U.Rəhimoğlu beynəlxalq tədbirdən təəssüratlarını danışır.

- Beynəlxalq Avrasiya Mətbuat Fondu hələ 2007-c ildən BMT-nin İqtsiadi-Sosial Şurasının (ECOSOC) xüsusi məşvərətçi statuslu üzvüdür. Bu üzvlük, bu status bizə BMT-nin bir çox agentlikləri ilə yaxından əməkdaşlıq etmək imkanı verir. Biz hər il BMT-nin, eləcə də üzvü və tərəfdaşı olduğumuz dünyanın bir çox nüfuzlu beynəlxalq təşkilatlarının tədbirlərinə qatılır, onların işində yaxından iştirak edirik. Bu dəfə BAMF BMT-nin İqtsiadi-Sosial Şurasının Yüksək Səviyyəli Toplantısına (“High Level Sigment”) dəvət almışdı. Cenevrənin “Le des Nations” sarayında təşkil olunan bu toplantı Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün “Təhsildə beynəlxalq səviyyədə razılaşdırılmış məqsəd və öhdəliklərin yerinə yetirilməsi” adlanırdı.

- Tədbirdə kimlər iştirak edirdi?

- Bu mötəbər tədbirdə dünyanın tanınmış isimləri - Braziliyanın prezidenti Dilma Vana Rousseff, Böyük Britaniyanın sabiq baş naziri Gordon Broun, UNESCO-nun baş direktoru Irina Bokova, UNICEF - in icraçı direktoru Anthony Lake, Dünya Bankının Təhsil üzrə Direktoru Elizabeth King, ECOSOC - un prezidenti Lazarous Kapambe, BMT-nin müxtəlif qurumlarının rəhbərləri, habelə, Almaniyanın, Belarusun, Seneqalın, Banqladeşin, Pakistanın, Qətərin, Zambiyanın, Mavritaniyanın təhsil və digər sahələr üzrə nazirləri iştirak edirdilər Onların əksəriyyəti toplantıda müxtəlif sessiyalarda çıxış etdilər. Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev də  tədbirə qatılmışdı. Toplantının ikinci günündə Mahmud müəllim ətraflı və məzmunlu çıxış etdi. İyulun 7-də isə BMT-nin Baş Katibi Pan Gi Mun Yüksək Səviyyəli Toplantıya qatıldı və çıxış etdi. O, çıxışından sonra bəzi QHT rəhbərləri və tədbirə qatılan iştirakçlarla görüşdü. Mən də onunla görüşənlər sırasındaydım.

- Siz həmin gün beynəlxalq təşklilatların nümayəndəsi arasından ikinci olaraq çıxış etmisiniz. Çıxışınız təhsil problemlərinə həsr olunsa da, siz Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsinə də toxunmuş və çağırış etmisiniz.

- Bəli, mən canəb Ban Gi Mun çıxış edən gün, beynəlxalq təşklilatların nümayəndəsi arasında  ikinci olaraq çıxış etdim. Məruzəmin mövzusu isə “Azərbaycandakı müharibə qurbanları və onların ailə üzvlərinin müstəqilliyinin təmin edilməsində təhsil insanları bərabər inkişafa həvəsləndirən vasitə kimi” idi. Təbii ki, mən Azərbaycanın ərazisinin bir hissəsinin işğal olunmasının təhsilimizə, öz yurd-yuvalarını itrmiş insanlara bu sahədə vurduğu ziyandan da danışmalıydım. Çıxışımda da bu məsləyə toxundum. Düşünürəm ki, Qarabağ problemi hər bir azərbaycanlının fəaliyyətində, düşüncəsində öndə olmalıdır. Çıxışımın sonunda isə “Konfliktlərin həll edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına, məktəblərinə qaytıtmaları üçün səsinizi qaldırın”, deyə ECOSOC-a səsləndim.

- Çıxışınıza hər hansı bir reaksiya oldumu?

- ECASOC-un QHT-lər bölməsinin rəhbəri Andrey Abramov, BMT-nin QHT-lər üzrə əlaqələndiricisi Rikorda Esponoza çıxışıma reaksiya verdi. Onlarla yanaşı toplantıda iştirak edən bir çox nümayəndələr çıxışımdan sanra yaxınlaşıb məni təbrik etdilər. A.Abramovla, R.Esponoza ilə geniş müzakirələrimiz, ətraflı söhbətlərimiz oldu. A.Abramovun bu ilin sentyabrında ölkəmizə gözlənilən səfəri zamanı BMT agentlikləri ilə daha six əməkdaşlıq etmək məqsədi ilə BAMF-ın strategiyasını hazırlamaq üçün geniş müzakirə aparmağı razılaşdırdıq. Bununla yanaşı BMT-nin Baş Katibinin təhsil məsələləri üzrə nümayəndəsi Kişor Singlə, eyni zamanda, nüfzlu beynəlxalq təşkilatların, BMT agentliklərinin rəhbərləri ilə çoxsaylı görüşlərim oldu. Düşünürəm ki, bu görüşlərimizin, müzakirələrimizin Azərbaycan üçün çox böyük faydası olacaq.

- Umud müəllim, yeri gəlmişkən, belə tədbirlərin əhəmiyyətini necə xarakterizə edərdiniz?

- Azərbaycan QHT-lərinin beynəlxalq tədbirlərdə, xüsusən də bu tipli mötəbər toplantılarda iştirakı çox vacibdir. Birincisi, bu, QHT-lərin inkişafı, onların maddi texniki baxımdan inkişafı üçün lazımı məlumatların əldə olunması, beynəlxalq təcürbənin öyrənilməsi və əlaqələrin qurulması üçün çox əhəmiyyətlidir. İkincisi, biz o tribunalardan Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırmak imkanı qazanırıq. Eyni zamanda dünya QHT sisteminə inteqrasiya edirik. Və bunula biz dövlətimizin apardığı siyasətə uyğun olaraq Azərbaycanın movqelərinin dünyada möhkəmlənməsinə dəstək oluruq. Digər tərəfdən, qazandığımız təcürbəni Azərbaycanda yerli QHT-lər arasında bölüşürük. Onların da dünyanın aparıcı təşkilatları ilə əlaqələrinin qurulmasına çalışırıq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi