Modern.az

Maliyyə Nazirliyi “Azadlıq”ı təkzib edir: “Bizdə belə şəxs şöbə müdiri işləmir”

Maliyyə Nazirliyi “Azadlıq”ı təkzib edir: “Bizdə belə şəxs şöbə müdiri işləmir”

14 İyul 2011, 16:11

““Azadlıq” qəzetində gedən məqalədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Xəlilov Namiq Cəlil oğlu barədə yazılanların heç bir əsası yoxdur və həqiqəti əks etdirmir”.

Bu sözləri Modern.az saytına açıqlamasında Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev “Azadlıq” qəzetinin nazirilyin şöbə müdirinin axtarışda olması barədə Rusiyadakı “Novaya Qazeta”ya istinadən yaydığı məlumatı şərh edərkən bildirib. 

“Qəzet məqalədə adı keçən Xəlilov Namiq Mustafa oğlunu Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi kimi təqdim edib. Halbuki, şöbə rəisinin atasının adı Cəlildir: Xəlilov Namiq Cəlil oğlu. Hesab edirik ki, qəzet bu səhv məlumatı yaymaqla DSNX-nin rəisi Xəlilov Namiq Cəlil oğlunun dövlət qulluqçusu kimi həyata keçirdiyi əmək fəaliyyətinə və peşə nüfuzuna xələl gətirib”-deyə mətbuat xidmətinin rəhbəri vurğulayıb.

Qeyd edək ki, Rusiyada nəşr olunan nüfuzlu “Novaya vremya” qəzeti bir məhkəmə işi ilə bağlı araşdırma yazı dərc edib. Yazı Nijni Novqorod  Federal Təhlükəsizlik Xidməti İdarəsinin istintaq orqanının keçmiş rəisi Oleq Yefremovun “Borskiy” həbsxanasında cəzaçəkmə müəssisəsinin işçiləri tərəfindən vəhşicəsinə döyülərək öldürülməsi işi ilə bağlı səs-küylü məhkəmə prosesi barədədir.

Araşdırmada qeyd edilib ki,  FTB-çinin himayəsi altında Namiq Xəlilov adlı azərbaycanlının Nijni Novqorod şəhərində yaratdığı “Eksklüziv Investment” adlı QSC şəhər sakinlərinin etimadını qazanaraq, 2007-ci ildən 2010-cu ilədək onların vəsaitləri ilə maliyyə maxinasiyası ilə məşğul olub. Yazıda qeyd olunur ki, işin üstü açılandan sonra Namiq Mustafa oğlu Xəlilov gizlənib. Məhəkəmə isə onun barəsində axtarış elan edib.
“Novaya vremya” qəzeti həmin şəxsi Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi kimi təqdim edib.

“Novaya qazeta”ya istinad edən “Azadlıq” qəzeti də adıçəkilən qəzetin yol verdiyi səhvi təkrarlayaraq məqalədə adı keçən Xəlilov Namiq Mustafa oğlunu Azərbaycanın Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi kimi təqdim edib.

Maliyyə Nazirliyi isə bildirir ki, qəzetin ən sadə dəqiqləşdirmə belə aparmadan dərc etdiyi yazıda ciddi səhvə yol verilib, DSNX-nin rəisi Xəlilov Namiq Cəlil oğlunun dövlət qulluqçusu kimi həyata keçirdiyi əmək fəaliyyətinə və peşə nüfuzuna xələr gətirib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub