Modern.az

Daxili Qoşunlar zabitlərin evinin sökülməsi ilə bağlı açıqlama verdi

Daxili Qoşunlar zabitlərin evinin sökülməsi ilə bağlı açıqlama verdi

Təhsil

14 İyul 2011, 16:47

“Ehtiyatda və istefada olan zabitlər” birliyinin hüquqşünası, Hərbçilərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Telman Əbilov KİV-ə açıqlamasında xəbər verib ki, dünən Hacıqabul şəhərində yerləşən “N” saylı hərbi hissəsinin ərazisindəki hərbi şəhərcikdə yaşayan Bəxtiyar Yusif oğlu Vəkilov və Ədalət Səttar oğlu Qənbərovun yaşadıqları mənzillərindən çıxarılmasına və evlərinin Daxili Qoşunların şəxsi heyəti tərəfindən sökülməsinə başlanılıb. Məhkəmənin son qərarı olmadan hərbçilərin evlərinin dağıdılmasını qanunsuz adlandıran hüquq müdafiəçisi dövlət qurumları və ictimaiyyətin bu məsələyə ciddi diqqət yetirməsinin vacib olduğunu bildirmişdi.           

Hadisə ilə bağlı Daxili Qoşunların Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Təranə Məmmədova MilAz.İA-ya a,;qlamas;nda yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.

Onun sözlərinə görə, Daxili Qoşunların Hacıqabul şəhərində yerləşən “N” saylı hərbi hissəsinin ərazisindəki hərbi şəhərcikdə yaşayan Bəxtiyar Yusif oğlu Vəkilov və Ədalət Səttar oğlu Qənbərov yaşadıqları mənzildən “qeyri-qanuni” çıxarılması barədə yenidən kütləvi informasiya vasitələrində yerləşdirilmiş bu məlumatın heç bir mənbəyi və əsası yoxdur. T. Məmmədova ittihama cavab olaraq bildirdi ki, həqiqət əslində bütün yanlış, qərəzli fikirlərdən yüksəkdə dayanır.

Xidmətin rəhbəri qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 280 saylı 31 may 1992-ci il tarixli sərəncamı ilə sabiq aviasiya polkunun əraziləri Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Hacıqabulda yerləşən operativ idarə balansına verilib. Hərbi şəhərcikdə 1952-ci ildə tikilmiş fin evlərinin qəza vəziyyətində olmaları nəzərə alınaraq onların sökülməsi, bunanla əlaqədar ərazidə yenidənqurma və abadlıq işlərinin aparılması planlaşdırılıb. Həmin ərazidə əsgərlər üçün yeni yaşayış kazarmalarının tikilməsi nəzərdə tutulub. Elə bu səbəbdən də hərbi şəhərcikdə qeyri qanuni yaşayan vətəndaşlar çıxarılıb, qanuni yaşayan vətəndaşlar isə hərbi şəhərcikdə olan 2 və 5 mərtəbəli binalarda yerləşdirilib. Hərbi şəhərcikdə qəza vəziyyətində olan həmin binalar hərbçi ailələrinə müvəqqəti yaşayış kimi verilib, bəzi mənzillər isə məcburi köçkünlər və digər vətəndaşlar tərəfindən müxtəlif vaxtlarda qeyri qanuni olaraq tutulub.

Öz qanuni evlərindən “zorla” çıxmaq istəməyən Qənbərov Ədalət Səttar oğlu 18.07.1991-ci il tarixli 037765 nömrəli orderə əsasən hərbi şəhərcikdə 12 saylı binanın 7 nömrəli, 3 otaqlı mənzil, Vəkilov Bəxtiyar Yusif oğluna isə 17.05.1991-ci il tarixli 037703 nömrəli Müdafiə Nazirliyinin Salyan Mənzil istismar hissəsi tərəfindən 7 nömrəli fin evinin 4 otaqlı mənzil verilib. Söküntü işləri ilə əlaqədar olaraq mənzil qanunvericiliyinin tələblərinə əsasən B.Vəkilova ailə üzvləri ilə birgə digər yaşayış sahəsinin təklif olunmasına baxmayaraq, o, bundan imtina edir və qəza vəziyyətində olan binadan çıxmayacağını bildirir.

Ədalət Qənbərova Salyan rayon MİS tərəfindən verilmiş 15 gün müddətində qüvvədə olan order onun qardaşı Qənbərov Mehman Səttar oğlunun adına verilib. O isə Azərbaycan Respublikasının sərhədlərindən kənarda yaşayır.

Eyni zamanda Ədalət Qənbərovun adına Hacıqabul şəhəri, 20 yanvar küçəsi, dalan 3-də 6 sot torpaq sahəsində inşa edilmiş 6 otaqdan ibarət 29 nömrəli ev də olub. O həmin mənzili 11 yanvar 2003-cü il tarixdə satıb.

Ədalət Qənbərov da müxtəlif bəhanələrlə digər təklif olunan mənzilə köçməkdən imtina edir. Qısa müddət ərzində hərbi hissənin zabitləri üçün yeni xidməti mənzillər istifadəyə veriləcək. Ə.Qənbərov və B.Vəkilova hətta boşalan binadan belə istədikləri mənzili seçmək hüququ da verilir.

Hər iki vətəndaş – Ədalət Qənbərovun və Bəxtiyar Vəkilovun tələbləri tamamilə əsassızdır və qanunvericiliyin tələblərinə ziddir.

Bu məsələ ilə bağlı qəzalı mənzilləri tərk etməyən iddiaçıların bir neçə məhkəmədə müraciətlərinə baxılmış və yalnız qanun çərçivəsində qərar qəbul edilib.

Daxili Qoşunların sözçüsü evlərin sökülən şəxslərin müdafiəçisi “Ehtiyatda və istefada olan zabitlər” birliyinin hüquqşünası, Hərbçilərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Telman Əbilovun bu iddialarını əsassız adlandırararaq onun bu məsələ ilə bağlı dəfələrlə mətbuat konfransları keçirməsini xüsusi canfəşanlıq adlandırıb və bunu təəccüblə qarşıladığını deyib. Təranə Məmmədovanın fikrincə, belə xırda məqsədlər dövlətin quruculuq və inkişaf proqramlarının icrası fonunda çox gülünc və mənasız görünür.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi