Modern.az

Gülər Əhmədovanın vəkili dələduzluqda ittiham olunur

Gülər Əhmədovanın vəkili dələduzluqda ittiham olunur

Aktual

29 Yanvar 2018, 12:06

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın vəkili Əfsər Talıbovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Modern.az Virtualaz.org-a istininadən xəbər verir ki, vəkil Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. O, vətəndaş Mehman Səmədovun 22 min 900 manat pulunu dələduzluq yolu ilə keçirməkdə təqsirləndirilib.

İttihama görə, Ə.Talıbov 2011-ci ilin mart ayında tanışı Xəyyam Hətəmova Yeni Yasamalda inşa edilən binada şəxsi mənzilinin olmasını, yalandan satmasını bildirib və müştəri tapmasını xahiş edib. X.Hətəmov ona M.Səmədovun mənzili almaq istədiyini deyib.

“Kamran” MTK-ya hüquqi yardım göstərən Ə.Talıbov adıçəkilən MMC-nin təsisçisi Tofiq Babayevdən guya Mehman Səmədova olan borcunun əvəzində müvəqqəti girov qoymaq adı ilə “Kamran” MMC-dən mənzil alınmasına dair müqavilə tərtib olunmasını xahiş edib. Borcunu ödədikdən sonra müqaviləni geri qaytaracağını vəd edib.

Y.Talıbov ilkin olaraq M.Səmədovdan 9 min manat, daha sonra isə 13 min 900 manat pul alıb.

Məhkəmə zamanı təqsirləndirilən və zərərçəkmiş arasında barışıq ələd olunub. M.Səmədov ifadəsində vəkilə qarşı heç bir şikayəti və tələbi olmadığını deyib.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Məhkəmənin qərarı ilə Ə.Talıbovun barəsində 5 il cəza təyin olunub. Ona təyin olunmuş cəza2 il sınaq müddəti olmaqla şərti hesab edilib.

Məhkəmənin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək cəzanın ağırlaşdırılmasını tələb edib. Apellyasiya protestinə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baxılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!