Modern.az

Əli Abbasov Belarusa gedib

Əli Abbasov Belarusa gedib

24 Noyabr 2009, 15:12

Noyabrın 24-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı altında nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərinə səfər edib. Azərbaycanlı nazir Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiya Başçıları Şurasının 25 noyabr tarixində keçiriləcək 41-ci iclasında iştirak edəcək.

Modern.az-ın məlumatına görə, iclasda Beynəlxalq Telekommunikasiya İttifaqının ümumdünya forumlarına hazırlıqda rabitə administrasiyaların qarşılıqlı əməkdaşlığı, RRB-nin daxili fəaliyyəti və digər məsələlər müzakirə olunacaq.
Bundan əlavə, 26-27 noyabr tarixlərində Əli Abbasov Minskdə keçiriləcək “MDB məkanını birləşdirək” adlı yüksək səviyyəli görüşdə iştirak edəcək.
Görüşün məqsədi insan, maliyyə və texniki resursların bütün region ölkələrinin gələcəyin inkişafı, məşğulluğun təmin olunması, iqtisadi artım və sosial-iqtisadi inkişaf baxımdan geniş qəbul olunan rəqəmsal infrastruktur və xidmətlərə keçidinə səfərbər edilməsindən ibarətdir.   
Beynəlxalq Telekommunikasiya İttifaqı və onun tərəfdaşları tərəfindən təşkil olunmuş tədbirə ölkə və hökumət başçıları, nazirlər, beynəlxalq təşkilatlar və İKT sahəsində çalışan şirkətlərin nümayəndələri qatılacaq. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tədbirin sponsorlarındandır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?