Modern.az

Novruzda əfv olacaq - Komissiya bu gün ilk iclasa toplaşır

Novruzda əfv olacaq - Komissiya bu gün ilk iclasa toplaşır

30 Yanvar 2018, 13:47

Hər il olduğu kimi, bu il də Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamının imzalanacağı gözlənilir. Konstitusiyaya görə, əfv sərəncamının verilməsi prezident İlham Əliyevin səlahiyyətindədir.

 

Bu barədə Modern.az-a Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

 

Ə.Nuriyev bu gündən etibarən Komissiyanın iclaslarına start verildiyini açıqlayıb:

 

“İlk iclas yanvarın 30-da saat 16:00-a nəzərdə tutulub”.

Komissiya üzvü qeyd edib ki, əfv sərəncamının verilməsi ölkə prezidentinin müstəsna səlahiyyətlərinə daxildir:

 

“Hansı gün əfv imzalanacağını prezident müəyyən edəcək. Amma böyük ehtimalla Novruz Bayramı ərəfəsində əfv olacağını gözləyirik”.

 

Respublikamız müstəqillik əldə etdikdən bu günə qədər 61 əfv sərəncamı imzalanıb. 7 mindən artıq şəxs bu sərəncamlarla cəzadan azad edilib, yaxud müddətli cəza ilə əvəzlənib. 2003-cü ildən bu günə qədər prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamları nəticəsində 3700-ə qədər şəxs cəzadan azad edilib. Son illərin təcrübəsinə nəzər salsaq, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə 2016-cı il istisna olmaqla cənab prezident tərəfindən əfv sərəncamları imzalanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu