Modern.az

Əliməmməd Nuriyev vəkillərin imtahanı haqda deyilənlərlə razılaşmadı  

Əliməmməd Nuriyev vəkillərin imtahanı haqda deyilənlərlə razılaşmadı   

30 Yanvar 2018, 15:52

Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə 2018-ci il yanvarın 28 də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. İmtahanda iştirak etmək üçün 1966 namizəd qeydiyyatdan keçib. 93 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 1873 namizəddən 607 nəfəri müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.


Ən yüksək nəticə 90 bal olub.

 

Sosial mediada iddiaçılar arasında sualların çətinliyi ilə bağlı şikayətlər yayılıb.

Hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında imtahanda müşahidəçi kimi iştirak etdiyini və prosesə yüksək səviyyədə hazırlıq görüldüyünü bildirib:


“İmtahandan qabaq otaqların hər biri möhürlənmişdi, kənar müdaxilə ola bilməzdi. 607 şəxs 60 və daha yuxarı bal toplayıb. Müsabiqə şərtini ödəyənlərdən ən yuxarı  90, ən aşağı 60 bal toplayıb. Suallar əvvəlcədən iddiaçılara təqdim olunub. İddiaçıların imtahanlara hazırlaşmaq imkanları var idi. Suallar daha çox populyar olan qanunvericilik aktlarlarından istifadə etməklə hazırlanıb. Suallar mürəkkəb deyildi, demək olar ki, əksəriyyəti sadə suallardan təşkil olunmuşdu. Bütövlükdə ilk dəfə idi ki, 1966 şəxs arasında bu imtahanın keçirilməsi üçün şərait yaradılmışdı. Dövlət orqanları və digər qurumlar tərəfindən belə geniş miqyaslı imtahan keçirilməyib”.

Hüquqşünasın sözlərinə görə, bu imtahanların keçirilməsi çox vacibdir:

“Yüksək biliklərə malik vəkillər olmalıdı ki, insanların hüquqlarını etibarlı şəkildə müdafiə edə bilsinlər.  Mütəmadi olaraq kollegiyaya üzvlüyə elanlar olacaq və bu proses davam edəcək. İmtahan prosesində şəffaflığa əngəl olan heç bir maneə yox idi. Bu prosedurlardan sonra məhkəmələr və hakimlər də qarşılarında daha peşəkar vəkil ordusu görəcəklər. Çünki hazırki şəraitdə vəkillərin sayı yetərli dərəcədə keyfiyyətli hüquqi yardımın təmin edilməsi üçün miqyası tam təmin edə bilmir. Azərbaycanda vəkillərin sayı digər ölkələrə nisbətən xeyli aşağıdır.

Bildiyim qədərilə “Vəkillik və vəkillik fəaliyyəti” haqqında qanuna da dəyişikliklər  hazırlanır. Təyinatlı vəkil prosesində iştirakla bağlı maliyyə vəsaitinin  dövlət hesabına artırılmasının da şahidi olacağıq”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?