Modern.az

Sarkisyan rejimi Qarabağ ermənilərinə nağıllar danışır

Sarkisyan rejimi Qarabağ ermənilərinə nağıllar danışır

Qarabağ

31 Yanvar 2018, 12:22

Dağlıq Qarabağı işğalda saxlayan Sarkisyan rejimi bölgədəki erməni əhalisini də girov halına salıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bir neçə gün öncə, qondarma rejimin baş naziri  Araik Arutunyan Laçın rayonunda Həkəri çayı üzərində su eletrik stansiyasınını inşa olunduğunu və 12 milyon kub metr su toplayacağını demişdi. Paralel olaraq, su anbarının yaxınlığında 5,95 meqavatt gücündə elektrik staniyasının da inşası barədə danışmışdı.

 

Layihəyə adı gizli saxlanıan əcnəbi investorun onlarla milyon dollar ayırdığını deyən Arutunyan Sərsəng-Madagis istiqamətində də 100 milyon dollar dəyərində su anbarı və su eletrik staniyasının inşası barədə danışmışdı.

Təbii ki, rəsmi Yerevanın əlində oyuncaq olan bu şəxsin investisiyalarla bağlı daxili publikaya hesablanmış açıqlamaları reallıqdan kənar əhəmiyyət daşıyır. Adı açıqlanmayan investorların reallıqda mövcud olması və görüləcək işlərin gerçəkləşəcəyi inam doğurmur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir