Modern.az

Fevralın hava proqnozu AÇIQLANDI  

Fevralın hava proqnozu AÇIQLANDI   

31 Yanvar 2018, 13:11

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.


Aylıq yağıntının miqdarınıniqlim normasına yaxın olacağı ehtimalı var.

 

Bakıda və Abşeron yarımadasında - Orta aylıq temperaturun 4-6 dərəcə isti (gecələr1-6 dərəcə isti,bəzi günlərdə 2-7 dərəcəşaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma21-24mm)olacağı gözlənilir.

 

Naxçıvan Muxtar Respublikasında - Orta aylıq temperaturun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti (gecələr2-7, bəzi günlərdə 10-15, dağlarda 16-20 dərəcə şaxta, gündüzlər5-10dərəcə isti, bəzi günlərdə0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma 11-29mm)olacağıgözlənilir.

 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında - Orta aylıq temperaturun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti(gecələr 0-5, bəzi günlərdə 10-15dərəcə şaxta,gündüzlər 5-10dərəcə isti, bəzi günlərdə0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma25-35 mm) olacağı gözlənilir.

 

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında - Orta aylıq temperaturun 2-5 dərəcə isti (gecələr 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-36 mm) olacağı gözlənilir.

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında - Orta aylıq temperaturun 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti (gecələr 0-5, bəzi günlərdə 8-13, yüksək dağlıq ərazilərdə 19-24 dərəcə şaxta, gündüzlər 7-12dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-55 mm) olacağı gözlənilir.

 

 

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında - Orta aylıq temperaturun 4-7 dərəcə isti (gecələr0-5 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər10-15,bəzi günlərdə 0-5dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma21-35 mm)olacağı gözlənilir.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında - Orta aylıq temperaturun 2-6dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 2-7, dağlarda 15-20 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 0-4dərəcə isti)olacağı gözlənilir ki, bu da iqlim normasına  yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma 44-105mm)olacağı gözlənilir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi