Modern.az

Rəsulzadəyə böyük yaxşılıq etmiş o şəxs axtarılır

Rəsulzadəyə böyük yaxşılıq etmiş o şəxs axtarılır

31 Yanvar 2018, 18:07

31 yanvar tarixi Azərbaycan Xalq Cümhuriyyətinin  banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Modern.az-ın məlumatına görə, Məhəmməd ƏminRəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonar isə Bakı texniki məktəbində alıb.

1902-ci ildə 18 yaşlı M.Ə.Rəsulzadə ilk siyasi təşkilatı “Müsəlman gənclik təşkilatı”nı qurub. Siyasi fəaliyyətinə görə, o, 24 yaşında vətəndən ayrılmaq məcburiyyətində qalıb.

Beş ildən sonra isə vətənə qayıdıb. 1917-ci ilin oktyabrında Müsavat Partiyasının Bakıda keçirilən birinci qurultayında M.Ə.Rəsulzadə sədr seçilib.

 

Böyük dövlət xadimi bu illərdə də xalqının və millətinin taleyindən narahatlıq duyulan əsərləriniyazmaqda davam edib. Onun şah əsəri isə 1918-cü il mayın 28-də Fətəli Xan Xoysk ilə birgə qurduğuAzərbaycan Xalq Cümhuriyyəti oldu. Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində Sovet qoşunlarının müdaxiləsi ilə süqut edib.
 Elə həmin il M.Ə.Rəsulzadə Qırmızı Ordunun əsgərləri tərəfindən İsmayıllının Lahıc kəndində həbs olunub. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edib.

 Rəsulzadə ADR devriləndən sonar məcburi şəkildə Lahıca getməli olmuşdu. Orada bir neçə evdə qalmışdı. “Əsrimizin Səyavuşu” əsərini də Lahıcda yazıb. Həmin əsəri iki nüxsədə yazıb və birini qoca kəndliyə əmanət verib. Həmin qoca kəndli əmanətə xəyanət etmir. Çətinliklə də olsa, əsəri xilas edir.

Araşdırmaçı alim NəsimanYaqublu Modern.az saytı vasitəsilə məhz həmin əsərlə bağlı – daha doğrusu, onun xilaskarı olan qoca kəndli ilə əlaqədar müraci ətedib:

 

“Rəsulzadə təxminən 3 aya yaxın Lahıcda qalıb; mayın axırlarından avqustun 17-nə qədər. Bu müddətdə əsasən “Əsrimizin Səyavuşu” əsərini yazıb, gizli Müsavat Partiyasını yaradıb, onun fəaliyyətinə rəhbərlik edib, hadisələri nəzarətdə saxlayıb.

Amma Lahıc dövrü ilə bağlı çox maraqlı məqam var. Mən uzun müddət axtarış etdim, heç kəsi  tapa bilmədim. İndi sizin sayt vasitəsilə müraciət etmək istəyirəm: Rəsulzadə “Əsrimizin Səyavuşu” əsərini iki nüsxədə yazıb. Fikirləib ki, birdən tuta bilərlər, o zaman da əsəri alıb məhv edərlər.

Lahıcdan çıxandan sonra əsərin bir nüsxəsini Qaraməryəm kəndinə yaxın yerlərdə bir qoca kişiyə verib ki, bunu saxla, heç kəsə vermə. Həmin adam o əsəri saxlayıb. Nə yaxşı ki, saxlayıb. Çünkü Rəsulzadənin təxmini düz çıxmışdı. Onu tutanda “Əsrimizin Səyavuşu”nu da yandırıb, məhv ediblər.

O biri nüsxə isə həmin adamda qalıb. Amma indi siz onun sədaqətinə baxın: ay ötüb, il dolanıb o adam gedib bir tacir tapıb, xahiş edib və  pul verib ki, onu Rəsulzadəyə çatdırsın. Tacir əsəri Rəsulzadəyə sağ-salamat çatdırıb. Adi bir kəndli olmasına baxmayaraq, o əsərin dəyərini bilirdi və onu sadiqlik göstərib Rəsulzadəyə yenidən qovuşdurdu. Rəsulzadə “Əsrimizin Səyavuşu”nu sonradan nəşr edəndə axırıncı cümlədə yazır ki, onun adını çox təəssüf ki, yaza bilmir. Çünkü adını çəksə, sovetlər həmin qoca kişini tutacaq.
“Amma baxın nə dərəcədə vicdanlı vətəndaşdır ki, verdiyim əmanəti mənə uzaq İstanbula göndərə bilib”,-deyə o, qeyd edib.

Mən indi həmin adamla bağlı müraciət etmək istəyirəm. Bəlkə, onun qohumlar qalır? Qraməryəm, Lahıca yaxın kəndlərdə onun qohumları varsa, belə bir addımdan xəbərdardılarsa, ümumiyyətlə, elə bir şəxs haqqında bilgi varsa,çox xahiş edirəm ki, elə sizin saytla əlaqə saxlasınlar. Biz həmin sədaqətli insanın kimliyini tapaq. Ən ağır zamanlarda – 1922-ci ildə Rəsulzadənin əmanətini ona çatdırıb və biz bu gun o əsəri həmin qoca kişinin sayəsində oxuyuruq”.


E.Nihad

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir