Modern.az

Dünyanın ən həssas fotosu – KÖMƏYƏ UZANAN ƏLLƏR...

Dünyanın ən həssas fotosu – KÖMƏYƏ UZANAN ƏLLƏR...

31 Yanvar 2018, 21:59

Milyonların marağına səbəb olan bu foto mərhəmətin, ümidin, həyat işartısının məcmuəsidir. Hələ dünyaya gəlməmiş, ana bətnində olan 21 həftəlik bu körpənin uzanan əlləri sözün əsl mənasında minnətdarlıq, kömək, yaşamaq, ömür qazanmaq üçün sükutla müşayiət olunan bir haraydır.

Modern.az saytı bir fotonun tarixçəsi haqqında yazını təqdim edir.

Bu foto 1999-cu ildə çəkilib.

Hadisə ABŞ-da baş verib. Amerikalı hamilə xanım ultrasəs müayinədən keçdikdən sonra  məlum olub ki, bətnindəki 21 həftəlik körpə çox ağır bir diaqnozla dünyaya gələcək. Belə ki, doğulacaq körpənin onurğasında ciddi problemlər aşkar olunub. Məlum olub ki, həmin körpə dünyaya gəldikdən sonra nəinki gəzə biləcək, heç oturmaq imkanına da malik olmayacaq. 

 

Xəstəliyin aradan qaldırılması üçün yeganə çıxış yolu körpənin elə ana bətnində əməliyyat edilməsi olub. Əks təqdirdə uşağın doğulduqdan sonra şikəstliyi qaçılmaz sayılıb.

 

Ana əməliyyata razılıq verib. Cərrahlar əməliyyata başlayıblar. Əməliyyatı cərrah Bryuner öz üzərinə götürüb. Riskli olan əməliyyat üğürla başa çatdırılıb. Ancaq əməliyyatın uğurla keçməsinin sevincini tamam başqa bir hadisə tamamlayıb.

 

Əməliyyatın sona çatdığı bir məqamda qarın boşluğundakı kəsikdən körpənin əli uzanaraq cərrahın əllərini sıxıb. Bu ani məqam əməliyyatda iştirak edənlərin hamısını heyrətə gətirib.

 

Hələ dünyaya gəlməyən körpənin əlinin uzanması, qeyri-ixtiyari olaraq onu xilas edən cərrahın əlini sıxması həqiqətən də hələ insan şüuruna məlum olmayan bir hadisə sayılıb. Bu əllər mərhəmətə, köməyə uzanan əllər idi.

 

Sonralar bu fotoya baxanda ana, həkim personalı və dünyaya sağlam gələn körpə göz yaşlarını saxlaya bilməyiblər.

 

Bu foto əsrin fotosu kimi qəbul edilib.

 

Artıq həmin hadisədən illər ötüb. Hazırda 18 yaşlı Semyuel Aleksander Armas sağlam bir gənc kimi xoşbəxt günlərini yaşayır, idmanla ciddi məşğul olur. Və təbii ki, bu günkü həyatına görə Tanrıya dua, cərrah Bryunerə təşəkkür edir və bir də sözsüz ki, məhəmət diləyi, minnətdarlıq hissi ilə uzanan əllərini kövrək təəssüratlarla xatırlayır...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı