Modern.az

Rusiya Qarabağ münaqişəsini alovlandıra bilməyəcək - Deputat səbəb GÖSTƏRDİ

Rusiya Qarabağ münaqişəsini alovlandıra bilməyəcək - Deputat səbəb GÖSTƏRDİ

Qarabağ

1 Fevral 2018, 08:55

Son zamanlar ABŞ-la Rusiya arasındakı gərginlik artıb. Bu da birbaşa Rusiyaya tətbiq ediləcək sanksiyalarla əlaqədardır. Belə ki, ABŞ –ın Maliyyə Nazirliyi Rusiya hökumətinin üzvlərini, oliqarxları, biznesmenləri hədəf alan “Kreml hesabatı” sənədini Konqresə təqdim edib.

 

Bununla paralel olaraq Rusiyanın hərbi sənayesinə daxil olan şirkətlərlə müqavilə imzalayacaq şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq etməyə başlanılacaq. Moskva ilə imzalanacaq müqavilənin əhəmiyyəti və onun nə dərəcədə ziyanlı olmasını ABŞ tərəfi müəyyən edəcək. Sanksiyalar 2017-ci ilin yayında qəbul edilən “Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə haqqında” qanun əsasında tətbiq ediləcək. ABŞ-ın sanksiyalarının keçən ilin avqustun 2-dən sonra Rusiya ilə hərbi müqavilə imzalayan şəxslərə və ya şirkətlərə tətbiqi gözlənilir. Bu qanun təkcə xarici yox, həm də Rusiya şirkətlərinə də ölkə hərbi sənayesi ilə əlaqəni qadağan edir.

 

Rusiya prezidenti Vladimir Putin isə cavab tədbirləri görəcəklərini bildirib. Bəllidir ki,  Rusiya postsovet məkanındakı münaqişələri alovlandırmaqda zaman-zaman maraqlı olub.

                           

Maraqlıdır, bu dəfə Rusiya hansı addımları ata bilər?

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq  Rasim Musabəyov Modern.az-a açıqlamasında bildirib ki, belə vəziyyətdə Rusiyanın yeni münaqişə ocağı yaratma ehtimalı yoxdur:

 

“Mövcud münaqişə olacaqları kifayət qədərdir. Bu baxımdan Rusiya yeni münaqişə zonası yarada bilməz. Həmçinin Suriya və Ukrayna kimi zonalar Rusiya üçün kifayətdir. Digər tərəfdən ABŞ-ın sanksiyalarına cavab olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin alovlanma ehtimalı ümumiyyətlə yoxdur. Belə olduğu halda Rusiya bununla nə qazana bilər? Çünki Rusiya hazırda Türkiyənin onun tərəfinə keçməsində maraqlıdır. Əgər Dağlıq Qarabağ münaqişəsi alovlansa, təbii ki, əksi müşahidə ediləcək”.

 

Deputat düşünür ki, Rusiya Suriya kimi mövcud münaqişə ocaqlarını da alovlandırmayacaq:

 

“Bu, onun maraqlarına da cavab verməz. Əksinə, Rusiya gərginliyin azalmasına çalışacaq. Çünki sanksiyaların tətbiqi onsuzda bu ölkə üçün asan keçmir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?