Modern.az

"Prezidentliyə namizədimiz İlham Əliyevdir" - YAP-dan açıqlama

Ölkə

1 Fevral 2018, 10:55

"2018-ci il prezident seçkiləri ilidir. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevdir".

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini  icra katibi Əli Əhmədov deyib.

O qeyd edib ki, YAP üzvü olan gənclər dövlət başçısı İlham Əliyevin prezident seçkisində qələbə qazanmasına öz töhfələrini verəcəklər.

Ə.Əhmədov vurğulayıb ki, İlham Əliyevin cəmiyyətdə yüksək nüfuzu onun qələbəsinə əsas yaradır: "Lakin gənclər seçkilərin yüksək səviyyədə keçirilməsi üçün fədakarlıq göstərməlidirlər".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür