Modern.az

“Əflatun Amaşov Məleykə Abbaszadəyə müraciət etsə, məsələ həll olunar” - Jurnalistika ilə bağlı PROBLEM

“Əflatun Amaşov Məleykə Abbaszadəyə müraciət etsə, məsələ həll olunar” - Jurnalistika ilə bağlı PROBLEM

1 Fevral 2018, 11:50

Magistraturaya qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, informatika və xarici dili bilmə səviyyələri test üsulu ilə yoxlanılır.

 

Nəticələri Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə buraxılırlar. Bu mərhələdə isə onların ixtisas üzrə bilikləri yoxlanılır. Birinci mərhələdə bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunur. Hər bir blok üzrə son 5 sual açıq formalı test tapşırıqlarından ibarətdir. İmtahan suallarının cavablandırılmasına 2.5 saat vaxt ayrılır. Bakalavrların hər düzgün cavabı bir balla qiymətləndirilir.

 

Qəbulun birinci mərhələsində iştirak haqqı 50 manat, ikinci mərhələsi isə 60 manatdır. Jurnalistika ixtisası üzrə magistratura təhsili almaq istəyən tələbələr  bu mərhələlərlə yanaşı qabiliyyət imtahanında da iştirak etməlidirlər. Qabiliyyət imtahanında iştirak üçün isə 30 manat tələb olunur.

 

Yəni magistratura imtahanlarında iştirak etmək üçün bütün namizədlər 110 manat ödəniş etməlidirlər. Jurnalistika üzrə magistr təhsili almaq istəyən namizədlərdə isə bu məbləğ  140 Azn təşkil edir.

 

Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı qiymətlərlə bağlı Modern.az-a açıqlamasında tələbə üçün bu qiymətlərin kifayət qədər yüksək olduğunu vurğulayıb:

 

“Hesab edirəm ki, bu qiymətlər tələbə üçün kifayət qədər böyük məbləğdir. Xüsusən də çalışmalıyıq ki, jurnalistikaya gələn tələbələrə imkanlar yaradaq. Məbləğdə endirim etmək olar və bu lazımdır. Dövlət İmtahan Mərkəzi özünü maliyyələşdirmək sisteminə keçib. Həmin məbləğlərin tətbiqi hansısa qaydalarla tənzimlənir. 

 

Jurnalistika fakültələrinə həm bakalavr, həm magistr üzrə imtahan komissiyasının və Mətbuat Şurasının sədri Əflatun Amaşov Məleykə Abbaszadəyə müraciət etsə, bu məsələ müsbət həllini tapar”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir