Modern.az

Əflatun Amaşov Mətbuat Şurasına yeni hüquqi status İSTƏDİ  

Əflatun Amaşov Mətbuat Şurasına yeni hüquqi status İSTƏDİ   

1 Fevral 2018, 13:22

“Bu gün reketçiliklə məşğul olan media vasitələri az deyil. Onlar bu yolla əldə edib, kimlərdənsə dəstək alırlar. Onların məqsədi məmurlara, iş adamlarına böhtan atmaq, bunun müqabilində də pul qazanmaqdan ibarətdir”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında çıxış edən deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O bildirib ki, Mətbuat Şurasının hüquqi statusuna yenidən baxılması zəruridir.

“Bununla medianı daha yaxşı balanslaşdırmaq mümkün olar. Bundan əlavə, medianın adından sui-istifadə halları da azalar. Medianın özü də bunda maraqlıdır. Bunun həlli Mətbuat Şurasının fəaliyyətində təkmilləşdirmə işindən keçir. Mətbuat Şurası ilə bağlı qanun layihəsi qəbul oluna bilər”.

“Azərbaycan Nəşriyyatının binası Mədəniyyət və Turizm Nazirliyinin reyestrində mədəniyyət abidəsi kimi qeydiyyatdadır. 1995-ci ildə bu bina “Bank Standart”ın baş ofisi kimi fəaliyyət göstərir. Təklif edərdim ki bu bina keçmiş sahiblərinə qaytarılsın. Orada Mətbuat Muzeyi yaradılsın”,-deyə Əflatun Amaşov bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?