Modern.az

Qabırğası çıxarılan QADINLAR - Bu sırada Aygün və Brilliantın da adı çəkilir

Qabırğası çıxarılan QADINLAR - Bu sırada Aygün və Brilliantın da adı çəkilir

1 Fevral 2018, 14:17

Gözəl qadın vücudu deyəndə ağlımıza ilk gələn nüanslardan biri də incə bel olur. İncə belli olmaq qadınlar üçün vacib özəlliklərdən biridir. Qadınlar gözəl görünmək xatirinə müxtəlif plastik əməliyyatlar etdirirlər. İncə belə sahib olmaq üçün nəzərdə tutulan əməliyyatlardan biri də bəzi qabırğaların çıxarılması əməliyyatıdır.

Modern.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, qabırğanın çıxarılması xalq arasında formalaşan fikirlər səbəbiylə tam olaraq yanlış qavranılan bir prosedurdur. Ən çox yayılan məlumatlar bir çox məşhur insanın  bu əməliyyatı etdirdiyi və bunun sayəsində incə görünüşə qovuşduğudur. Bu fikirlər tamamilə yanlışdır. Qabırğaların çıxarılması sıx müraciət olunan əməliyyat növü deyil və yalnız çox uyğun vəziyyətlərdə tətbiq oluna bilər. Bütün plastik cərrahlar bu proseduru bilir, ancaq həkim fəaliyyəti boyunca bu əməliyyatı heç reallaşdırmayan bir çox cərrah var.

Əməliyyat sonrası bel düşünüldüyü kimi incəlmir. Sadəcə, qabırğalar çıxarılanda sinə yüksəkliyi azalır və bel yüksəkliyi artır deyə, bel incə görünür. Yəni əməliyyatdan sonra bel çevrəsinin ölçülərində xüsusi dəyişiklik olmur.

Əməliyyat ümumi narkoz verilərək, qarın gərmə (Abdominoplastika) zamanı edilir. Ən aşağıdakı qabırğalar - 11 və 12-ci qabırğalar çıxarılır.


Bu əməliyyat zənn edildiyindən daha asandır. Qabırğaların böyük qismi ön tərəfdə birləşib sinə sümüyünə yapışır. 11 və 12-ci qabırğalar isə ümumilikdə ön tərəfə uzanmır və qısa qaldıqlarından digər qabırğalara birləşmir. Buna görə həmin qabırğalara üzən və ya sərbəst qabırğalar deyilir. Qabırğaların heç bir zaman hamısı çıxarıla bilməz. Çünki tam olaraq çıxarılmasına onsuz da ehtiyac yoxdur. Belin yan tərəfindəki qabırğaların götürülməsi belin incə görünməsi üçün yetərlidir. Bu qabırğaların arxa qisimləri böyrəkləri arxadan gələn zərbələrə qarşı qoruduğundan bu qisimlərin alınması həm çətindir, həm də bədəni qorumasız buraxacağı üçün zərərlidir.

Qabırğanın çıxarılmasının riskləri 

Bu əməliyyata  xəstələr çox diqqətli seçilməlidir. Əks təqdirdə, əməliyyat sonrası pasiyentin vücud görünüşü estetik olmayan bir hal ala bilər. Qabırğanın götürülməsi insanda hər hansı bir narahatlığa yol açmır. Zənn edilənin əksinə, nəfəs çətinliyinə də səbəb olmur. Çünki çıxarılan qabırğalar ağciyərlərin səviyyəsinin altında qalır. Ağciyərlər və sinə boşluğu 9 və 10-cu qabırğa səviyyəsində bitdiyi üçün bu əməliyyat səbəbiylə sinə boşluğu və ağciyərlərə bağlı hər hansı narahatlığın olması mümkün deyil.
 

Dünyada qabırğaların çıxarılması əməliyyatını etdirənlərin siyahısında ən çox modellərə rast gəlinir. Azərbaycan mediasında isə Brilliant Dadaşova və Aygün Kazımovanın bu əməliyyatı etdirdiyinə dair məlumatlar yer alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir